Merkel vә Makron pandemiyanın sәbәb olduğu iqtisadi böhranı müzakirә ediblәr

Almaniya kansleri Angela Merkel yeni növ koronavirus epidemiyası sәbәbindәn daha әvvәl yaşanmamış iqtisadi çәtinliklәrlә üzlәşdiklәrini söylәyib.

1446169

Angela Merkel paytaxt Berlin yaxınlığındakı Merseberq sarayında Fransa prezidenti Emanuel Makronla bir araya gәlib. Görüşdәn sonra keçirilәn birgә mәtbuat konfransonda  çıxış edәn Angela Merkel deyib: ‘‘Bir tәrәfdәn pandemiya, digәr tәrәfdәn dә pandemiyanın sәbәb olduğu iqtisadi çәtinliklәrlә üzlәşirik.Hәm Almaniya vә Fransada, hәm dә Avropa İttifaqında’’.

Almaniya vә Fransanın birlikdә iqtisadi çәtinliklәrin öhdәsindәn gәlmәk üçün Avropa İttifaqına üzv dövlәtlәr üçün xilasetmә fondu tәklif etdiyini  söylәyәn Merkel bildirib ki, bununla ‘‘Avropa gәlәcәyimizdir’’ dedik. Hamımız fәrqli ölkәlәrdәn gәlirik lakin birlikdә güclü ola bilәrik.

Әlaqәli Xәbәrlәr