Makronun Türkiyə ilə əlaqədar siyasətinə daha bir tənqid

Fransanın illər boyu dəstəklədiyi və inkişafında ciddi rol oynadığı Hafterin Liviyanın qərbindəki böyük məğlubiyyətindən sonra küləyin tərsinə əsdiyi bildirilib.

1446178
Makronun Türkiyə ilə əlaqədar siyasətinə daha bir tənqid

İngiltərənin “The Independent” qəzetində “Fransanın Liviyanın şərqindəki qeyri-qanuni qüvvələrin başçısı Xəlifə Hafterə dəstəyi, nəhayət pis nəticələrini göstərməyə başlayıb” başlıqlı məqalə dərc edilib.

Borzou Daragahinin qələmə aldığı məqalədə, Fransanın illər boyu dəstəklədiyi və inkişafında ciddi rol oynadığı Hafterin Liviyanın qərbindəki böyük məğlubiyyətindən sonra küləyin tərsinə əsdiyi bildirilib.

Məqalədə Birləşmiş Ərəb Əmirliklərinə arxalanaraq Hafterə sərmayə yatıran Fransanın onun məğlubiyyətindən sonra tək qaldığı, siyasi və diplomatik sərmayələrindən bəhrələnmədiyi vurğulanıb.

Fransa prezidenti Emmanuel Makronun Türkiyəyə qarşı əsassız ittihamlarına toxunulan məqalədə, “Fransa rəsmiləri Liviya siyasətini müdafiə etmək üçün Türkiyəni günahlandıraraq gülünc vəziyyətə düşürlər” ifadələri əks olunub.

Məqalədə, Liviya mövzusunda ixtisaslaşmış bir mütəxəssisin, “Fransa Hafteri o qədər uzun müddətdir dəstəkləyir ki, indi necə geri addım atacağını bilmir. Səhvlərini görməkdənsə, bütün problemlərə görə Türkiyəni günahlandırmaq daha asan gəlir” ifadələri də əks olunub.



Әlaqәli Xәbәrlәr