BMT rәsmisi İsrailin ilhaq planını qiymәtlәndirib

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə ali komissarı Mişel Bachelet İsrailin İordan çayının qәrb sahilinin bәzi bölgələrini ilhaq etmək ilә bağlı planını "qeyri-qanuni" adlandırıb..

1445725
BMT rәsmisi İsrailin ilhaq planını qiymәtlәndirib

 

Birləşmiş Millətlər Təşkilatının  İnsan Hüquqları üzrə ali komissarı Mişel Bachelet İsrailin İordan çayının qәrb sahilinin bәzi bölgələrini  ilhaq etmək  ilә bağlı planını "qeyri-qanuni" adlandırıb.
Mişel Bachelet verdiyi yazılı bәyanatda  İsrailin qeyri-qanuni planlarının dayandırılmasının vacibliyini vurğulayıb.

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı bildirib ki, İsrail öz rәsmilәrinin və dünyadakı bütün çağırışları nəzərə alaraq bu təhlükəli yoldan imtina etmәlidir.

İlhaqın nəticələrinin proqnozlaşdırıla bilməyəcəyini qeyd edən Bachelet bunun yalnız fələstinlilər üçün deyil, həm də israillilər və bölgə üçün dağıdıcı nəticələri olacağı ilә bağlı xәbәrdarlıq edib.

İlhaq planlarının bölgədəki davamlı sülh səylərinə ciddi zәrbә vuracağını  vurğulayan Bachelet ilhaq edilən ərazilərdə yaşayan fələstinlilərin təhsil və sağlamlıq mәsәlәlәrindә çәtinliklәr yaşayacağını vurğulayıb.

Bachelet  beynəlxalq hüquq normalarını  pozan qeyri-qanuni yaşayış mәntәqәlәrinin ilhaqla artacağını və bu iki icma arasında gərginliyə səbəb olacağını bildirib.



Әlaqәli Xәbәrlәr