Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 505 mini keçib.

1445058
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir
süper covid
KORONA SÜPER
SÜPER FOTO ispanya koronavirüs.jpg
KORONA SÜPER

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 505 min 219 olub. Virusa yoluxanların sayı 10 milyon 285 min 127-ni, epidemiyadan sağalanların sayı isә 5 milyon 583 min 314-ü keçib.

Epidemiyanın ilk dəfə baş qaldırdığı Çində son 24 saatda virusla əlaqəli ölüm faktı baş verməyib, yoluxmaların ümumi sayı 12 yeni faktla 83 min 512-ə yüksəlib. Bu günə qədər ölkədə 4 min 634 adam ölüb.Paytaxt Pekinin qonşusu olan Hıbey vilayətinin Anşin rayonunda komendant saatı elan edilib. Səlahiyyətlilər Anşinin "tamamilə bağlandığını və nəzarət altına alındığını" açıqlayıblar.
Cənubi Koreyada yeni insan itki olmayıb, 42 yeni "Covid-19" yoluxma halı qeydə alınıb. Yoluxmaların ümumi sayının 12 min 757-yə yüksəldiyi ölkədə bu günə qədər 282 nəfər həyatını itirib.

İranda indiyәdәk virusdan ölәnlәren sayı 10 min 508-ә çıxdıqda, 222 min 669 yoluxma halı olub.

Hindistanda bu günә qәdәr 16 min 487 nәfәr infeksiyadan ölüb. Ölkәdә 549 min 197 nәfәrә virus yoluxub. 

Rusiyada koronadan ölәnlәrin sayı 9 min 73 olduqda, cәmi yoluxma halı 634 min 473-ә çıxıb. 

128 min 451 insan itkisilə epidemiyanın mərkəzi olan ABŞ-da səhiyyə naziri Alex Azar son günlərdə yeni növ koronavirusa yoluxma hallarının artdığını söyləyib. Yoluxmaların sayının xüsusilə cənub və qərb ştatlarda sürətlə artdığına diqqət çəkən Azar, "Ölkə indi bir neçə ay əvvəl pandemiyanın zirvəsində olduğundan fərqli bir vəziyyətdədir. Vaksin və müalicə fəaliyyətləri sürətlə irəliləyir, ancaq epidemiyanın yayılmasını yavaşlatdığımız dövr sona çatır" ifadəsini işlədib. ABŞ-da virusa yoluxanların sayı 2 milyon 637 min 892-dir. "Covid-19" infeksiyasına qarşı sanitariya maskaları taxmağı tələb etməyən 16 ştatda son iki həftə ərzində yeni yoluxma halların sayı 84 faiz artıb. Aralarında Nyu-York, İllinoys və Miçiqan ştatlarının olduğu, maska taxılması məcbur edilən 11 ştatda isə yeni yoluxmaların sayı iki həftə əvvəli ilə müqayisədə 25 faiz azalıb.

Digər tərəfdən, epidemiya səbəbiylə xalqın iqtisadi çətinliklərə sürükləndiyi bir vaxtda varlı olanların bu dövrdə varlandıqları ifadə edilib. Ölkədə rəsmi məlumatlara görə, başlanğıcdan bəri 45 milyon insan işsizlik üçün müraciət edib. Vaşinqton DC-də yerləşən Siyasi Tədqiqatlar İnstitutunun Forbes rəqəmlərinə əsaslanan məlumatlarında, 614 milyarder isə 18 mart-17 iyun tarixləri arasında 584 milyard dollar qazanıb.

Cənubi Amerika ölkələrindən Braziliyada virusdan indiyədək ölənlərin sayı 57 min 659 olub. 

İngiltərədə infeksiyadan bu günə qədər ölənlərin sayı 43 min 550-yə çıxıb. Vlkədəki yoluxma sayı 311 min 151 olaraq açıqlanıb. 

İtaliyada epidemiya səbəbiylə son bir gündə 22 nəfər həyatını itirib, bununla da ölkədə həyat iktisi 34 min 738 nəfərə çıxıb.Aktiv yoluxmaların sayı 155 azalaraq 16618-ə düşüb. Son 24 saat ərzində 174 yeni yoluxma qeydə alınıb.
İspaniyada Səhiyyə Nazirliyi son bir həftədə "Covid-19" pandemiyası səbəbindən 13 nəfərin öldüyünü və insan itkisinin 28 343-ə yüksəldiyini açıqlayıb. Nazirlik həmçinin son 24 saatda 118 artaraq 248 770-ə çıxdığını bildirib. Madrid Muxtar Hökumətinin başçısı İzabel Diaz Ayuso epidemiyanın ən çox yayıldığı paytaxt Madriddə aylardan sonra ilk dəfə son 24 saatda "Covid-19" qaynaqlı ölümün olmadığını açıqlayıb.
Portuqaliyada "Covid-19"dan son 24 saat ərzində 3 nəfər ölüb, bununla da ölənlərin sayı 1564-ə yüksəlib. 457 yeni yoluxmanın aşkarlandığı ölkədə virusa tutulanların sayı 41 646-ya çıxıb.

Son bir gündə virus səbəbiylə 4 nəfərin öldüyü Küveytdə həyat itkisi 348-ə yüksəlib. Ölkədəki yoluxmaların sayı 551 artaraq 44 min 942 olub.
Birləşmiş Ərəb Əmirliklərində "Covid-19" səbəbiylə daha 2 nəfər həyatını itirdi. Beləliklə, insan itkisi 313, yoluxmaların sayı 47 min 797-ə yüksəlib. 
Bəhreyndə "Covid-19" səbəbiylə daha 5 nəfər ölüb, 462 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə həyat itkisi 78-ə, yoluxmaların sayı isə 25 min 267-ə çatdı. 
"Covid-19" səbəbiylə son 24 saatda bir nəfərin öldüyü Livanda həyat itkisi 34, 21 nəfərin virusa yoluxması ilə virusa tutulanların  sayı 1770 olub.
82 nəfərin öldüyü Qətərdə yoluxmaların sayı 1750 artaraq 94 min 413-ə çıxıb.
Liviyada daha 14 nəfər virusa yoluxması ilə yoluxmaların sayı 727-ə yüksəlib.

Afrika qitəsində epidemiya səbəbindən ölənlərin sayı 9 519-a, yoluxanların sayı isə 385 min 219-a yüksəlib. "Covid-19"dan ən çox insan itkisi olan 2789 ölümlə Misirdə qeydə alındıqda Cənubi Afrikada 2456, Əlcəzairdə 897, Sudanda 572 və Nigeriyada 565 nəfər ölüb.
Seyşel adaları, Eritreya, Uqanda, Namibiya və Lesotoda ölüm faktı qeydə alınmayıb.
Cənubi Afrika 138 min 134 yoluxmanın ən çox aşkarlandığı ölkə olub. Bu ölkəni 65 min 188 yoluxma ilə Misir,  24 min 567 yoluxma ilə Nigeriya , 16 min 742 yoluxma ilə Qana təqib edib.

9 min 29 nəfərin öldüyü Almaniyada yoluxmaların sayı 194 min 900-ə yüksəlib. Ölkənin Şimali Reyn-Vestfaliya (KRV) əyalətinin Neurade ərazisində "Covid-19" ilə mübarizə çərçivəsində   Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) İdarəsi və Avropa Trabzon Körpbaşlılar Dərnəyi tərəfindən 60 yaşdan yuxarı insanlara 200 gigiyena paketi paylanıb.



Әlaqәli Xәbәrlәr