Aİ ölkələr, biznesmenlər və xeyriyyəçilərə çağırış etdi

Aİ Komissiyasının sədri Ursula von der Leyen videokonfrans yoluyla təşkil edilən Qlobal Hədəf tədbirində “Covid-19” təəhhüd fəaliyyətindən danışaraq deyib

1444679
Aİ ölkələr, biznesmenlər və xeyriyyəçilərə çağırış etdi

 

  Avropa İttifaqı yeni tip korona virusdan (Covid-19) təsirlənən ölkələrə 4,9 milyard avroluq yardım üçün çağırış edib.

  Aİ Komissiyasının sədri Ursula von der Leyen videokonfrans yoluyla təşkil edilən Qlobal Hədəf tədbirində “Covid-19” təəhhüd fəaliyyətindən danışaraq deyib: “Sona çatması üçün epidemiyanın dünyanın hər yerində bitməsi lazımdır. İnsanlar harada yaşadıqları və ya haralı olduqlarına baxmayaraq test, müalicə və peyvənd olunmalıdırlar. “Covid-19”la əlaqədar qlobal sağlıq təşkilatları ilə əməkdaşlıq etmək vacibdir. Ölkələr, biznesmenlər və xeyriyyəçilər epidemiyanın tezliklə aradan qaldırılması üçün maliyyə köməyi etməlidir. Yardıma ehtiyacı olanlara birlikdə dəstək vermək lazımdır. Aİ qurumlarına epidemiyadan təsirlənən müdafiəzis ölkələrə test, müalicə və peyvənd üçün 4,9 milyard avro yardım toplanılması çağırışı edir.”

  “Covid-19”la bağlı yardım çağırış fəaliyyətinə amerikalı aktyor və güləşçi Dueyn Conson (Dwayne Johnson), müğənnilər Şakira (Shakira), Castin Biber (Justin Bieber) və MAyli Sayrus (Miley Cyrus) qatılıblar.



Әlaqәli Xәbәrlәr