36-cı Cənub-Şərqi Asiya Xalqları Birliyi – ASEAN Zirvə Toplantısı

... Məlumatda bildirilir ki, toplantıda “Covid-19”la mübarizə siyasətləri, Cənubi Çin dənizi problemi və Şimali Koreya - Cənubi Koreya gərginliyi müzakirə edilib

1444538
36-cı Cənub-Şərqi Asiya Xalqları Birliyi – ASEAN Zirvə Toplantısı

 

  36-cı Cənub-Şərqi Asiya Xalqları Birliyi – ASEAN Zirvə Toplantısında yeni tip korona virusunun (Covid-19) yaratdığı sosial və iqtisadi problemlərlə bağlı tədbirləri planı müzakirə olunub. Virtual mühitdə keçirilən yığıncaqdan süjet hazırlanaraq paylaşılıb. Məlumatda bildirilir ki, toplantıda “Covid-19”la mübarizə siyasətləri, Cənubi Çin dənizi problemi və Şimali Koreya - Cənubi Koreya gərginliyi müzakirə edilib.

  ASEAN ölkələri tərəfindən epidemiyadan sonrakı dövrdə bölgədə iqtisadi yaxşılaşma planında qərarlı olmaq, planın möhkəm və sabit regional iqtisadiyyata fokuslanması, tədarük zənciri əlaqələrinin qorunması və eyni zamanda, “Covid-19”un ikinci dalğasına qarşı diqqətli olunması vurğulanıb.  

  Toplantıda Cənubi Çin dənizindəki gərginliklərə də toxunularaq deyilib: "Bölgədə barış, təhlükəsizlik və sabitlik bərqərar edilməsini dəstəkləyirik”.

  Şimali Koreya ilə Cənubi Koreya arasındakı vəziyyətə dair hissədə Koreya yarımadasının nüvə silahlarından təmizlənilib bölgədə qalıcı barışın təmin edilməsi üçün sülh dialoqlarının əhəmiyyəti qeyd edilib.

  Müzakirələr zamanı Myanmarda etnik ayrı-seçkilik və şiddətdən qaçaraq ölkələrini tərk edən Arakan müsəlmanların da problemləri dilə gətirilib.



Әlaqәli Xәbәrlәr