Yeni növ koronavirusa yoluxanların sayı artmaqda davam edir

İnfeksiyaya yoluxanların sayı 9 milyon 656, epidemiyadan sağalanların sayı isә 5 milyon 245 mini keçib.

1443462
Yeni növ koronavirusa yoluxanların sayı artmaqda davam edir
SÜPER FOTO ispanya koronavirüs.jpg
SÜPER FOTO KORONA DÜNYA 1..jpg
SÜPER FOTO KORONA YENİ NORMAL.2.jpg

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 488 min 143 olub. İnfeksiyaya yoluxanların sayı 9 milyon 656, epidemiyadan sağalanların sayı isә 5 milyon 245 mini keçib.
Afrika qitəsində "Covid-19"dan ölənlərin sayı 9082-yə yüksəlib. Ən çox insan itkisi 2553 nəfərin ölümü ilə Misirdə qeydə alınıb. Cənubi Afrikada 2292 nəfər, Əlcəzairdə isə 878 nəfər virusdan həlak olub. Yoluxma hallarının ən yüksək olduğu ölkələr Cənubi Afrika (118 min 375), Misir (61 min 130) və Nigeriya (22 min 20) olub. Afrika miqyasında sağalanların sayı 168 mini keçib. Seyşel adaları, Eritreya, Uqanda, Namibiya və Lesotoda ölüm faktı qeydə alınmayıb.

İtaliyada infeksiyaya görə son bir gündə 37 nəfərin həyatını itirməsilə ölkədə virusdan ölənlərin sayı 34 min 678-ə yüksəlib. Ölkədə virusun yoluxduğu aktiv xəstə sayı 352 azalaraq 18 303-ə enib. İndiyədək "Covid-19"a yoluxanların sayı 239 min 706-ya yüksələrkən, son 24 saatda 296 yeni yoluxma faktı qeydə alınıb.
Fransada epidemiya səbəbiylə son 24 saatda 21 nəfərin həyatını itirməsilə can itkisi 29 min 752-yə , 81 nəfərin virusa yoluxması ilə infeksiyaya tutulanların sayı 198 min 824-ə çıxıb.
İspaniyada Səhiyyə Nazirliyi son bir həftədə "Covid-19" virusundan 10 nəfərin öldüyünü, insan itkisinin 28300 nəfərə yüksəldiyini açıqlayıb. Nazirlik, həmçinin son 24 saatda 157 artan yoluxma halının 247 min 486-a yüksəldiyini bildirib.
Portuqaliyada koronavirusdan son 24 saat ərzində 6 nəfər ölüb. Bununla da can itkisi ölkədə 1549-a çıxıb. 311 yeni yoluxma faktının aşkarlandığı ölkədə virusa tutulanların sayı 40 min 415-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr