“TRT World”ün Fransanın Afrikadakı qanlı müstəmləkəçilik tarixini əks etdirən xəbəri səs-küy doğurdu

"Afrikanın Fransa problemi" başlıqlı xüsusi xəbər buraxılışı, Fransanın hələ də ölkələri qarışdırma planlarının olduğu sözləri rəsmi Parisi hirsləndirib, Xarici İşlər Nazirliyini narahat edib

1443893
“TRT World”ün Fransanın Afrikadakı qanlı müstəmləkəçilik tarixini əks etdirən xəbəri səs-küy doğurdu

 

  Türkiyə Radio Televiziya şirkəti – TRT-nin ingiliscə yayımlanan televiziya kanalı “TRT World”ün Fransanın Afrikadakı qanlı müstəmləkəçilik tarixini əks etdirən xəbəri səs-küy yaradıb.

  "Afrikanın Fransa problemi" başlıqlı xüsusi xəbər buraxılışı, Fransanın hələ də ölkələri qarışdırma planlarının olduğu sözləri rəsmi Parisi hirsləndirib, Xarici İşlər Nazirliyini narahat edib.

  “TRT World”ün bu xəbərində 19-cu əsrin əvvəllərindən başlayan Fransanın Afrikadakı müstəmləkəçilik tarixindən danışılır, Afrikanın əsl probleminin illərdir ölkənin təbii qaynaqlarından faydalanıb savaş çıxaran, təzyiqçi rəhbərlikləri dəstəkləyən və qitədəki hərbi baza sayını artıran Fransa olduğu dilə gətirilir. Xəbərdə vurgulanır ki, Afrika ölkələrinin zəngin uran, qızıl, almaz, neft və bir çox təbii qaynağı Fransanın nəzarətindədir. Rəsmi Paris "mədəniləşdirmə səyi" adı altında müstəmləkəçilik fəaliyyətlərini davam etdirir, ölkənin daxili işlərini qarışdırır.

  “TRT World”ün bu xəbərindən sonra Fransa Xarici İşlər Nazirliyindən şərh gəlib: “Afrikanın Fransa problemi yoxdur… Afrika dövlətləri suverendir və öz qərarlarını özləri verir".



Әlaqәli Xәbәrlәr