ABŞ Avropadakı hərbi birliklərini Çinə yönləndirir

ABŞ mərkəzli düşüncə qurumu "German Marshall Fund" tərəfindən təşkil edilən paneldə Çinin dünya üzərindəki hökmü və fəaliyyətlərilə bağlı M.Pompeo deyib

1443638
ABŞ Avropadakı hərbi birliklərini Çinə yönləndirir

 

  Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin katibi Mayk Pompeo ölkəsinin Avropadakı hərbi birliklərini Çinlə mübarizə üçün o bölgələrə göndərməyə başladıqlarını açıqlayıb.

  ABŞ mərkəzli düşüncə qurumu "German Marshall Fund" tərəfindən təşkil edilən paneldə Çinin dünya üzərindəki hökmü və fəaliyyətlərilə bağlı M.Pompeo deyib: “Çin, xüsusilə Hindistan və Cənubi-Şərqi Asiyadakı Malayziya, İndoneziya, Vyetnam və Filipini ciddi şəkildə təhdid etməyə başlayıb. Bu səbəbdən ABŞ Avropadakı hərbi birliklərini o bölgəyə göndərir. Təhdidin haradan qaynaqlandığına əsasən hərəkət edəcəyik. Bu mübarizədə kəşfiyyat, istər hava qüvvələri və lazım gəlsə, dəniz donanmasından istifadə edə bilərik. Çin Xalq Qurtuluş Ordusu ilə qarşılaşmağa kifayət hazırlıqlarımız var."



Әlaqәli Xәbәrlәr