ABŞ prezidentliyinə kim daha yaxındır: Co Bayden, yoxsa Donald Tramp?

“Associated Press”in açıqladığı nəticələrə görə...

1442802
ABŞ prezidentliyinə kim daha yaxındır: Co Bayden, yoxsa Donald Tramp?

 

  Amerika Birləşmiş Ştatlarının Nyu York (New York), Kentukki (Kentucky) və Virciniya (Virginia) əyalətlərində Demokrat Partiyanın ilkin seçkilərində ölkənin əvvəlki vitse-prezidenti Co Bayden (Joe Biden) öndə gedir.

  “Associated Press”in açıqladığı nəticələrə görə, Kentukkidə zəfərini elan edən Co Bayden Nyu York və Virciniyadan da qalib çıxıb.

  Demokratlar 17 avqust tarixində Viskonsin (Wisconsin) ştatının Miyoki (Milwaukee) şəhərində rəsmi olaraq prezident namizədlərini açıqlayacaq.

  Respublikaçı Partiyadan hazırki prezident Donald Trampı namizəd göstərəcək konqres isə 24-27 avqust arası toplanacaq.

  ABŞ-da 3 noyabr 2020-ci ildə keçiriləcək seçkini qazanan namizəd 20 yanvar 2021-ci ildən Ağ Evdə prezident vəzifəsinin icrasına başlayacaq.

  Qeyd edək ki, sorğularda Donald Trampın Co Baydendən 14 bal geridə qaldığı məlum olur. Belə ki, “New York Times” və “Siena College” tərəfindən təşkil edilən anket nəticələrinə görə, Demokrat Partiyadan yeganə namizəd Baydenə dəstək 50, Donald Trampa isə 36 faizdir.

 Co Baydenə daha çox qadınlar, qara dərililər və hispaniklər (İspaniya əsillilər), Trampa isə yeni tip korona virusu (Covid-19) epidemiyası və irqçilik əleyhinə etirazları qarşısında etdiklərinə görə bəyənən seçicilər dəstək verir.

  45 yaşdan aşağı olan seçicilərin 52 faizi Bayden, 30 faizi isə Trampın tərəfindədir.



Әlaqәli Xәbәrlәr