Koronavirusa yoluxanların sayı 9 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 400 mini virusa yoluxanların sayı 9 milyonu, epidemiyadan sağalanların sayı da 5 milyonu keçib.

1441887
Koronavirusa yoluxanların sayı 9 milyonu keçib
Avropa_korona.jpg
ispanya koronavirüs.jpg

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 400 mini virusa yoluxanların sayı 9  milyonu, epidemiyadan sağalanların sayı da 5 milyonu keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn Amerika Birlәşmiş Ştatlarında virus qurbanlarının sayı 123 mini, epidemiyaya yoluxanların sayı da 2 milyonu keçib.

Braziliyada koronavirusdan hәyatını itirәnlәrin sayı 52 mini, infeksiyaya yoluxanların sayı da 1 milyon 150 mini keçib.

Maksikda yeni növ koronavirusdan gün әrzindә hәyatını itirәnlәrin sayı 793 artaraq 23 min 377-yә, infeksiyaya yoluxanların sayı da 6 min 288 artaraq 191 min 410-na çatıb.

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә isә epidemiya qurbanlarının sayı 42 mini keçib. Ölkәdә virusa yoluxanların sayı isә 306  min 210 nәfәrә yüksәlib.

İtaliyada yeni növ koronavirus epidemiyasından  hәyatını itirәnlәrin sayı gün әrzindә 18 artaraq 34 min 675-ә yüksәlib. Ölkәdә gün әrzindә daha 122 nәfәr virusa yoluxub.

Fransada epidemiya qurbanlarının sayı gün әrzindә 57  artaraq 29 min 720-yә, infeksiyaya yoluxanların sayı isә 517 artaraq 198 min 672-yә yüksәlib.

İspaniyada son bir hәftә әrzindә yeni növ koronavirusdan 14  nәfәrin dә vәfat etmәsi ilә ölkәdә epidmiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 28 min 325-ә yüksәlib. İspaniya Sәhiyyә Nazirliyi gün әrzindә 108 nәfin dә virusa yoluxması ilә tutulanların ümumi sayının 246  min 752-yә çatdığını açıqlayıb.

Portuqaliyada isә yeni növ koronavirusdan sutka әrzindә vәfat edәnlәrin sayı altı  artaraq 1540-a yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların ümumi sayı isә 39 min 737-yә çatıb.

Almaniyanın Rheda-Vinderbrük qәsәbәsindәki fabriklәrin birindә işlәyәn 1553 nәfәrin yeni növ koronavirusa yoluxması vә Verendorf şәhәrindә dә virusun yenidәn yayılması bölgәdә yenidәn tәdbirlәrin görülmәsinә sәbәb olub.

Birlәşmiş Millәtlәr tәşkilatının 1140 personalı yeni növ koronavirusa yoluxub. Virusa yoluxan 28 nәfәrin hәyatını itirdiyi bildirilib.Ölәn BMT personalının işlәdiyi ölkә  vә ya öfislәri ilә bağlı mәlumat verilmәyib.

Avstraliyanın Melburn şәhәrindә bir nәfәrin dә koronavirus nәticәsindә hәyatını itirmәsi ilә ölkәdә vәfat edәnlәrin sayı 109 nәfәrә çatıb . Ölkәdә virusa yoluxan 7 min 492 nәfәrdәn 6 min 915-i sağalıb.

Digәr Avropa  ölkәlәrindә isә vәziyyәt belәdir:

Belçikada koronavirusdan hәyatını itirәnlәrin sayı 9 mini, Kanadada 8 mini, Peruda 8 mini, İsveçdә 5 mini, Çilidә 4 mini vә Koöumbiyada 2 mini keçib.



Әlaqәli Xәbәrlәr