"Fransanın tunislilərə üzr borcu var", K.Səid

Tunis prezidentinin görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında ərəbcə danışması da bəzi təbəqələrin əks reaksiyasına səbəb olub və "Tunis tarixində ilk dəfə bir ölkə başçısı tərcüməçi vasitəsilə danışır” deyiblər

1442453
"Fransanın tunislilərə üzr borcu var", K.Səid

 

  Fransa yeni tip korona virusu (Covid-19) tədbirlərinin yumşaldılmasından sonra ilk xarici qonağını qarşıladı: Tunis prezidenti Kays Səid paytaxt Parisə rəsmi səfər etdi.

  “France 24” televiziya kanalına müsahibəsində Kays Səid Fransanın Tunislə bağlı keçmişini xatırladaraq deyib: "Fransanın tunislilərə üzr borcu var. Müstəmləkə dövründə və sonra Fransanın törətdiyi cinayətlər tunislilərə canları, həyatalrı bahasına başa gəldi. Müstəqilliyini çox əziyyətlə əldə edən tunislilərdən üzr dilənməsi onların haqqıdır”.

  Fransa prezidenti Emmanuel Makronla Yelisey (Elysee) Sarayında bir araya gələn Tunis prezidentinin görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında ərəbcə danışması da bəzi təbəqələrin əks reaksiyasına səbəb olub və "Tunis tarixində ilk dəfə bir ölkə başçısı tərcüməçi vasitəsilə danışır” deyiblər.  



Әlaqәli Xәbәrlәr