"Virus böhranının təsirləri onilliklər boyu davam edəcək", T.Qerbeyesus

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) korona virusu böhranının təsirlərinin onilliklər boyu davam edəcəyindən narahatdır

1441076
"Virus böhranının təsirləri onilliklər boyu davam edəcək", T.Qerbeyesus

 

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) korona virusu böhranının təsirlərinin onilliklər boyu davam edəcəyindən narahatdır. Hazırda isə pandemiyanın yayılmasının sürətlənməsi narahatlığı daha da gücləndirir.

  ÜST-nin baş direktoru Tedros Qerbeyesus iyunun 22-də keçirilən onlayn konfransda bildirib: “Ən böyük təhlükə virusun özü deyil, daha çox qlobal həmrəylik və qlobal liderliyin yetərincə olmamasıdır. Çünki virusa qarşı hamının təhlükəsizliyi təmin olunmayınca, heç kim təhlükəsiz vəziyyətdə olmayacaq. Pandemiya səhiyyə böhranı məcrasından çoxdan çıxıb və dünyanın əksər ölkələrində iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib. Bu böhranın təsirləri qarşıdakı onilliklərdə də hiss ediləcək”.



Әlaqәli Xәbәrlәr