"Bir gün içində "Covid-19"a yoluxma və ölüm sayında rekord artım oldu", T.Qerbeyesus

ÜST-ün baş direktoru Tedros Qerbeyesus (Tedros Adhanom Ghebreyesus) təşkilatın İsveçrənin Cenevre şəhərindəki mərkəzində videokonfrans yoluyla təşkil olunan mətbuat konfransında deyib...

1441429
"Bir gün içində "Covid-19"a yoluxma və ölüm sayında rekord artım oldu", T.Qerbeyesus

 

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə rekord artımla iyunun 22-də 183 mindən çox “Covid-19” təsbit edildiyini və virusun hələ də ölümcül olduğunu açıqladı.

  ÜST-ün baş direktoru Tedros Qerbeyesus (Tedros Adhanom Ghebreyesus) təşkilatın İsveçrənin Cenevre şəhərindəki mərkəzində videokonfrans yoluyla təşkil olunan mətbuat konfransında deyib: "Az qala haradasa hər gün yeni və qorxunc bir rekorda çatırıq. Qlobal diametrdə 183 mindən çox adamda “Covid-19” vurusunun müəyyən olunması bir gündə qeydə alınan ən yüksək rəqəmdir.

  Ümumdünya Səhiyyə Təşkilatı 8,8 milyondan yoluxma halı və 465 mindən çox korona virusundan qaynaqlanan ölüm sayı qeydə alıb.

  Bəzi ölkələrdə yoluxma və ölüm sayı sürətlə çoxalır.

  Müxtəlif ölkələr müvəffəqiyyətli şəkildə virusu idarə altına aldı, sonra qadağaları qaldırdı və iqtisadiyyatları dirçəltməyə başladısa da, onlarda yoluxma rəqəmləri təkrar artdı.

  Bütün ölkələr xalqını qorumaqla sosial və iqtisadi zərəri minimuma endirmə arasında həssas bir tarazlıq dövrü yaşayır, amma ikisini də eyni anda uyğunlaşdıra bilərlər.

  Son günlər bir sıra alimlərin “virusun gücünü itirdiyi” şərhləri və yoluxma hallarının çoxalmasına baxmayaraq, “ölüm nisbətlərinin düşməsi”ni nəyə bağladıqları sual doğurur”.



Әlaqәli Xәbәrlәr