Avropada "Covid-19"un ikinci dalğası başlanır

Avropada korona virusunun ikinci dalğası başlanır

1441588
Avropada "Covid-19"un ikinci dalğası başlanır

 

  İspaniyanın Araqon vilayətinin Ueska əyalətinin hakimiyyət orqanları karantin tədbirlərini bərpa edirlər, çünki orada korona virusu yoluxmalarının artması aşkar edilib.

  Euronews.com xəbər verir ki, Aİ ölkələrində təcrid tədbirləri götürüləndən dərhal sonra yeni məhdudiyyətlər tətbiq edilməsi hələlik ilk dəfədir. Mütəxəssislərin fikrincə, korona virusu infeksiyası meyvə-tərəvəz məhsulu yığımı ilə məşğul olan mövsümi işçilər arasında yayılıb. Hələlik daha iki iri aqlomerasiyada - ölkənin paytaxtında və Barselonada lokal infeksiya ocaqları aşkar edilib.

  Almaniyada təhlükəli vəziyyət yaranıb. Şimali Reyn-Vestfaliya əyalətindəki ən iri ət emalı kombinatında 1500 nəfərdən çox işçinin korona virusu infeksiyasına yoluxması aşkar edilib.

  Ümumdünya Səhiyyə Təşkilatı son bir neçə gündə dəfələrə vurğulayıb ki, indiki vəziyyətdə yaxın bir neçə gündə məhz Avropada epidemiyanın ikinci dalğasının başlanması gözlənilir.

  Mütəxəssislərin proqnozlarının nə dərəcədə əsaslı olduğunu demək çətindir, lakin təkcə Aİ ərazisində deyil, Britaniyada, o cümlədən Şimali Uelsdə də yeni infeksiya ocaqları qeydə alınıb.

  Portuqaliyanın hakimiyyət orqanları bir növ komendant saatı kimi profilaktika tədbiri tətbiq edib. Restoranlar, barlar, kafe və mağazalar bağlanır. Bu məhdudiyyətlər hələlik Lissabona və şəhərətrafı bölgəyə aiddir. Ölkənin baş naziri Antoniu Koşta deyib: ”Yerli vaxtla axşam saat səkkizdən başlayaraq bütün bu obyektlər bağlanacaq”.

  May ayının axırlarından bəri Portuqaliyada 9 mindən çox sakin koronavirusa yoluxub. Yoluxanların toplam sayı 40 minə yaxındır. "Covir-19" xəstələrindən 155-i vəfat edib.



Әlaqәli Xәbәrlәr