ABŞ və Rusiya: nüvə silahsızlaşdırılmasına dair danışıqların ilk raundu

ABŞ və Rusiya arasında nüvə silahsızlaşdırılmasına dair danışıqların ilk raundu keçirilib

1441584
ABŞ və Rusiya: nüvə silahsızlaşdırılmasına dair danışıqların ilk raundu

 

  Avtriyanın paytaxtı Vyanada ABŞ və Rusiya arasında nüvə silahsızlaşdırılmasına dair danışıqların ilk raundu keçirilib.

  Azərtac informasiya agentliyi xəbər verir ki, Rusiya və ABŞ xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin görüşündə Strateji Nüvə Silahlarının Məhdudlaşdırılmasına dair Müqavilənin müddətinin uzadılması müzakirə olunub. Görüşdən sonra mətbuata verilən açıqlamada silahlanmaya nəzarətin perspektivlərinin müzakirə edildiyi, eləcə də qeyd edilən müqavilənin müddətinin uzadılması, Orta və Yaxın Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) başa çatması ilə əlaqədar sabitliyin qorunub saxlanması, beynəlxalq təhlükəsizlik problemlərinin həllinə dair geniş dialoq aparıldığı bildirilib.

  On saatadək davam edən danışıqlara Rusiya tərəfdən xarici işlər nazirinin müavini Sergey Ryabkoviç, ABŞ tərəfdən isə prezidentin silahların ləğvinə dair xüsusi nümayəndəsi Marşall Billinqsli rəhbərlik edib.



Әlaqәli Xәbәrlәr