Pandemiya qurbanlarının sayı 471 mini keçib

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 471mini keçib.

1440453
Pandemiya qurbanlarının sayı 471 mini keçib

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 471 min 162 mini keçib. Virusa yoluxanların sayı 9 milyon 71, sağalanların sayı isə 4 milyon 854 mindәn yuxarıdır.

ABŞ virusdan indiyədək ölənlərin sayı 122 min 248 olduqda, cəmi yoluxma halı 2 milyon 356 min 715 olaraq qeyd edilib. 

İtaliyada "Covid-19"dan dünyasını dәyişәnlәrin sayı son bir gündə 24 artaraq 34 min 634-ә çıxıb. Ölkədə 440 yeni diaqnoz qoyulan yoluxmaların sayı 20 min 972-dir. Bununla yanaşı, yeni yoluxma və ölüm hallarının müntəzəm azalması səbəbindən 4 və 18 mayda tədricən normala qayıdan İtaliyada bir çox musiqiçi və sənətçi Milanonun Duomo meydanında, səssiz etiraz aksiyası keçirib. 
İspaniyada Səhiyyə Nazirliyi son bir həftədə kronavirusdan 29 nəfərin öldüyünü və insan itkisinin 28 min 323-ə yüksəldiyini açıqlayıb. Nazirlik həmçinin son 24 saatda 141 artan yoluxma sayının 246 min 27-ə çıxdığını bildirib. "Covid-19" səbəbiylə 98 gün davam edən fövqəladə vəziyyət rejiminin iyunun 21-də başa çatdığı İspaniyada "yeni normallıq" prosesinə addım atılıb. Şəhərlər arasında səyahətin sərbəst buraxılacağı yeni bir normada, ictimai yerlərdə maska taxmaq öhdəliyi və ən azı 1,5 metr sosial məsafə qaydası davam edir. Fövqəladə vəziyyətin sona çatması ilə İspaniya sərhəd qonşusu Portuqaliya istisna olmaqla, bütün Avropa İttifaqı (Aİ) ölkələrinə sərhədlərini açıb. 

Almaniyada son 24 saatda 537 nəfər koronavirusa yoluxub. Bununla da bu ölkədə virusa yoluxanların sayı 190 359-a çatıb. Son 24 saatda 3 nəfər koronavirusdan dünyasını dəyişib. Almaniyada virusdan ölənlərin ümumi sayı 8885 nəfərdir. 175 mindən çox insan isə sağalıb. 

Portuqaliyada "Covid-19"dan son 24 saat ərzində 2 nəfər ölub, bununla da pandemiya dövründə insan itkisi 1530 yüksəlib. 292 yeni yoluxmanın aşkarlandığı ölkədə infeksiyaya yoluxanların sayı 39 min 133-ə çıxıb.

Braziliyada son 24 saat ərzində daha 641 nəfər koronavirus infeksiyasına yoluxma nəticəsində ölüb, bununla da ölkədə virus qurbanlarının sayı 50 659-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Meksikada 21 min 825 nəfər həyatını itirib.

Kanadada virusdan indiyədək ölənlərin sayı 8 min 430 olub. 

Nazirlik tərəfindən son 24 saatda, həmçinin 17,4 mindən çox insanın"Cavid-19"infeksiyasının daşıyıcısı olduğu təsdiqlənib, beləliklə, indiyədək ölkədə koronavirusa yoluxanların sayı 1 085 038 nəfər olub. Epidemiyanın əvvəlindən Braziliyada təxminən 550 min nəfər müalicə olunaraq sağalıb.

Son 24 saat ərzində İngiltərədə 43 nəfər koronavirusdan ölüb.

Beləliklə, ölkvdə koronavirusdan ölənlərin sayı 42 632 nəfərə çatıb.

Son gündə daha 1221 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 304 331 koronavirusa yaxalanma halı qeydə alınıb.

İranda son 24 saat ərzində "Covid-19" infeksiyasından 119 nəfər ölüb və 2 min 573 yeni hadisə aşkarlanıb. Beləliklə, ümumi insan itkisi sayı 9 min 742, yoluxmaların sayı 207 min 525-ə yüksəlib.

İraqda yeni növ koronavirus (Covid-19) səbəbiylə son 24 saatda daha 87 nəfərin ölümündən sonra ölkədə insan itkisi sayı 1100-ə çatıb. Daha  min 646 nəfərdə virus aşkarlanması ilə yoluxmaların sayı 30 min 368 olub.

Hindistanda ölənlərin sayı 13 min 703-ə yüksəlib. Son 24 saat ərzində ölkədə 14821 yeni növ koronavirus hadisəsi aşkarlanıb. Beləliklə yoluxmaların ümumi sayı 426 min 910-a yüksəlib.
877 ölüm halının qeydə alındığı Cənubi Afrika Respublikasında "Covid-19" infeksiyasına son 24 saatda 4 966 yoluxub. 92 min 681 xəstəsi olan Cənubi Afrika Respublikası Afrikada ən çox "Covid-19" hadisəsi olan ölkədir.
"Covid-19" səbəbiylə 123 nəfərin öldüyü Keniyada yoluxma hadisələrin sayı 4 738-ə çatıbı, son 24 saatda daha 260 nəfərə virus yoluxub.

Son iki gündə Misirdə yeni növ koronavirus infeksiyasından daha 176 nəfər ölüb və bununla da infeksiya qurbanlarının sayı 2193 nəfərə çatıb.

Virusdan ölənlərin sayı Hindistanda 13 min 703, Rusiyada 8 min 11 İranda 9 min 623, Pakistanda 3 min 590, Səudiyyə Ərəbistanıda 1267 olub.



Әlaqәli Xәbәrlәr