ABŞ və Rusiya arasında nüvə silahsızlaşdırılmasına dair danışıqlar

Avstriya mətbuatının yaydığı məlumata görə

1439499
ABŞ və Rusiya arasında nüvə silahsızlaşdırılmasına dair danışıqlar

 

  İyunun 22-də Avstriyanın paytaxtı Vyanada ABŞ və Rusiya arasında nüvə silahsızlaşdırılmasına dair danışıqlar keçiriləcək. Danışıqlarda əsas müzakirə mövzusu müddəti gələn ilin fevral ayında başa çatacaq Strateji Nüvə Silahlarının Məhdudlaşdırılmasına dair Müqavilə olacaq.

  Avstriya mətbuatının yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp Çin rəsmilərinin də danışıqlarda iştirakını istəsə də, rəsmi Pekin bu təklifi qəbul etməyib.

  Qeyd edək ki, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi (INF) iflasa uğradıqdan sonra hazırda strateji nüvə silahları ilə bağlı müqavilənin taleyi sual altına düşüb. 2011-ci ildə Praqada prezidentlər Barak Obama və Dmitri Medvedev arasında imzalanan Yeni Start Müqaviləsi Rusiya və ABŞ-ın nüvə arsenalını müvafiq olaraq 800 daşıyıcı sistem və 1550 döyüşə hazır nüvə başlıqlarına qədər məhdudlaşdırmağı nəzərdə tuturdu. Silahsızlaşdırma hədəfləri 2018-ci ilin fevral ayına qədər icra olunsa da, bu sazişin müddəti 5 fevral 2021-ci ildə başa çatır.

  ABŞ hökumətinin silahların ləğvinə dair xüsusi nümayəndəsi Marşall Billinqsli mətbuata verdiyi son açıqlamada ölkəsinin müqavilənin müddətinin uzadılmasına hazır olmasını istisna etməyib. O, bu addım üçün Rusiyanın Çin ilə birlikdə silahsızlaşmaya nəzarət öhdəliyi götürməsini şərt kimi göstərib.

  Rusiya XİN-in müavini Sergey Ryabkov isə müqavilənin xilas edilməsi üçün şansların sıfıra bərabər olduğuna dair açıqlama verib. O, bu fikri artıq bu ilin noyabr ayında ABŞ-da prezident seçkilərinin keçiriləcəyini və müqavilə müddətinin uzadılması üçün danışıqlara vaxt qalmaması ilə əsaslandırıb.



Әlaqәli Xәbәrlәr