Taliban hәrbi hissәyә hücum etdi, 12 nәfәr hәlak oldu

Taliban silahlılarının Әfqanıstanın şimalındakı Cüzcan vilayәtinin Akça qәsәbәsindәki hәrbi mәntәqәyә tәşkil etdiyi hücum nәticәsindә 12 tәhlükәsilik xidmәti әmәkdaşı hәlak olub.

1438356

Bu barәdә Cüzcan valiliyinin sözçüsü Abdul Maruf Azer mәlumat verib. O, Taliban silahlılarının Akça qәsәbәsinin mәrkәzindәki Balaihisar hәrbi mәntәqәsinә hücum etdiyini deyib.

Azer hücum zamanı 12 tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğunu, 5-nin yaralandığını vә 4-nün dә girov götürüldüyünü bildirib.

Hücumdan sonra baş verәn qarşıdurmada 5 silahlının öldürüldüyünü, 10 silahlınında yaralandığını bildirәn Azer bölgәyә әlavә qüvvәlәrin cәlb olunduğunu vurğulayıb.

Taliban mәsәlә  ilә bağlı açıqlama vermәyib.

Әlaqәli Xәbәrlәr