Moqadişoda partlayış törәdilib, xәsarәt alanlar var

Partlayış nәticәsindә çox sayda adam yaralanıb.

1438697
Moqadişoda partlayış törәdilib, xәsarәt alanlar var

 

Somalinin paytaxtı Moqadişodakı Türkiyә Maarif Vәqfinin yaxınlığında partlayış törәdilib.

Partlayış nәticәsindә çox sayda adam yaralanıb. Yaralananlar xәstәxanaya yerlәşdirilib.

Mәlumata görә, partlayışa әvvәlcәdәn yol kәnarına yerlәşdirilәn partlayıcı maddә sәbәb olub.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr