Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 446 min 667-ni keçib.

1437361
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 446 min 667-ni, virusa yoluxanların sayı 8 milyon 287 mini vә epidemiyadan sağalanların sayı da 4 milyon 341 mini keçib.

Çində son 24 saatda qeydə alınan 44 yeni yoluxmanın 31-i paytaxt Pekində qeydə alınıb. Beləliklə, Pekində 12 iyundan bəri aşkarlanan yoluxmaların sayı 137-yə yüksəlib. Pekində topdan satış ərzaq bazarı Şinfadi qaynaqlı yoluxmaların artması səbəbindən şəhərdəki həyəcan səviyyəsi yüksəldilərək bütün məktəblərdə tədrisə fasilə verilib. Paytaxtdakı hava limanlarında əyalətlər arasında reyslər dayandırılıb, 255 reys təxirə salınıb. Çinin əsas hissəsində 4 min 634 nəfərin həyatını itirdiyi "Covid-19" infeksiyası 83 min 221 nəfərdə aşkarlanmışdı.
Cənubi Koreyada bir gündə ortaya çıxan 43 yeni hadisə ilə yoluxanların sayı 12 198-ə yüksəlib.
İranda Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari ölkə daxilində koronavirus səbəbiylə son 24 saat ərzində 120 insanın həyatını itirdiyini və 2612 yeni yoluxmanın olduğunu açıqlayıb. Lari bununla ümumi insan itkisinin 9 min 185-ə, yoluxmaların sayının 195 min 51-ə yüksəldiyini bildirib. Səhiyyə nazirinin müavini Əli Ekber Hakdost "Covid-19" infeksiyasının çox olduğu yerlərdə məhdudiyyətlərin bərpasını tələb etdiklərini vurğulayıb.

Misirdә koronavirus qurbanlarının sayı gün әrzindә 94 artaraq 766-ya çatıb.Ölkәdә virusa yoluxanların sayı 47 min 856-ya çatıb.

Digər bəzi ölkələrdə "Covid-19" infeksiyasından bu günə qədər qeydə alınan insan itkisi sayı belədir:
Rusiya 7 min 284, Pakistan 2 min 975, İndoneziya 2 min 231, Cənubi Afrika min 625, Səudiyyə Ərəbistanı min 52, Yaponiya 927".

Hindistanda son 24 saatda qeydə alınan 2 min 3 adamın ölümü ilə koronavirusdan həlak olanların sayı 11 min 921 olub. Ölkədə son bir gündə "Covid-19" səbəbiylə baş verən itkilərin anidən artmasına Maharashtra əyalətində daha əvvəl bildirilməyən ölümlərin əlavə edilməsinin səbəb olduğu bildirilib. Yoluxma sayı da 10 min 974 artaraq 354 min 65-ə çıxıb.
Son günlərdə yoluxma hallarının sürətlə artdığı Banqladeşdə bir gündə 43 insan itkisilə ölənlərin sayı 1305, yoluxma sayı 4 min 8 artaraq 98 min 489 olub. 
İsraildə bir gündə 299 yeni yoluxmanın aşkarlanması ilə öykədə 22 apreldən bəridir gündəlik yoluxma hallarında ən yüksək rəqəmə çıxılıb. Ümumi yoluxma sayı 19 min 637 olub. Yoluxma sayındakı artım pandemiyanın ikinci dalğasının başladığına dair narahatlığına səbəb olub.



Әlaqәli Xәbәrlәr