İtaliya Liviyadakı kütləvi məzarlıqla bağlı müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb

İtaliya Liviyanın Terhune bölgəsindədəki kütləvi məzarlıqla bağlı müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb.

1437719
İtaliya Liviyadakı kütləvi məzarlıqla bağlı müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb

İtaliya Liviyanın Terhune bölgəsindədəki kütləvi məzarlıqla bağlı müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb.

İtaliya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, “İtaliya hökuməti Terhune bölgəsindəki böyük kütləvi məzarlıqlar səbəbindən dəhşətə gəldiyini bildirir” ifadəsi yer alıb.

Açıqlamada bunlar qeyd edilib: “İtaliya günahkarların aşkarlanaraq cəzalandırılması üçün müstəqil və şəffaf araşdırmalara başlanılmasını tələb edir. İtaliya Liviyadakı münaqişədə iştirak edən bütün tərəfləri, “insan haqlarına və beynəlxalq humanitar hüquqa tam olaraq hörmət etməyə” çağırır”.

Qeyd edək ki, iyunun 5-də Terhuneni ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Hafterin silahlılarından təmizləyən Liviya ordusu, şəhərdəki xəstəxanada 106 cəsəd tapmış, iyunun 12-də isə şəhərdən kənarda 3 kütləvi məzarlıq aşkar etmişdi.

Digər tərəfdən, Liviyanın baş naziri Fayiz es-Serrac BMT-ni ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterə sadiq silahlıların törətdikləri cinayətlərin sübuta yetirilməsi və dəlillər toplamaq mövzusunda texniki yardım təmin etməyə çağırdı.



Әlaqәli Xәbәrlәr