Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirusa yoluxma sayı 8 milyon 136 mini keçib, sağalanların sayı isə 4 milyon 248 mindən yuxarıdır.

1436736
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünyada yeni növ koronavirus (Covid-19) səbəbindən həyatını itirənlərin sayı 439 min 500-ü, yoluxma sayı 8 milyon 136 mini keçib, sağalanların sayı isə 4 milyon 248 mindən yuxarıdır.

Rusiyada indiyədək "Covid-19" infeksiyasından 7 min 284 nəfər həyatını itirib, virusun yoluxduğu insan sayı isə 545 min 458-ə çıxıb.

İnsan itkisinin 9 min 65-ə, yoluxma sayının isə 192 min 439-a çıxdığı İranda Xuzistan əyalətilə yanaşı Qərbi və Şərqi Azərbaycan, Rezevi Xorasani, Loristan, Kirmanşah, Gülistan, Hürmüzqan, Kürdüstan və Sistan-Bəlucistan "qırmızı bölgə" olaraq elan edilib. Ölkədə ayın əvvəlində 88-ə qədər düşən gündəlik yoluxma faktı, tədbirlərin ləğ olunması ilə yenidən artmağa başlayıb. İnsan tələfatı və yoluxma sayının artması səbəbindən paytaxt Tehranda kütlə azalıb və insanlar evlərində qalmağa başlayıblar.
Pandemiyada son 24 saatda Çində 40, Cənubi Koreyada isə 34 yeni yoluxma halı aşkar edilib. Çinin paytaxtı Pekində yoluxmaların çoxuna Şinfadi topdan satış ərzaq bazarı ətrafında rast gəlinib. Şinfadi yaxınlığındakı başqa bir bazarda üç hadisə aşkarlanıb və bölgə karantinə alınıb.  Pekində yenidən səyahət məhdudiyyəti tətbiq olunmağa başlayib.

Şərqi Afrika ölkələrindən Keniyada yeni növ koronavirusundan (Covid-19) insan itkisi 104, yoluxmaların sayı 133 artaraq 3727-ə çıxıb. Ölkədə hökumət koronavirusla mübarizə tədbirlərinin müddətini iyul ayına qədər uzatmaq qərarına gəlib. Digər tərəfdən, Çindən ölkəyə ianə olaraq gedən "Covid-19" test dəstlərinin və tibbi avadanlıqların yoxa çıxması ilə əlaqədar istintaq başladılıb.
Cənubi Afrika Cümhuriyyətində ən çox yoluxmanın müşahidə olunduğu Qərbi Burun əyalətində 98 müəllim və 1800 tələbədə virus aşkarlanıb. 1480 insan itkisi olan ölkədə yoluxmaların sayı beləliklə 70 min 38-ə yüksəlib.
"Covid-19" səbəbiylə son 24 saatda daha 48 nəfərin ölməsilə ölüm sayının 208, daha 116 nəfərin virusa yoluxması ilə yoluxma hallarının 844-ə çıxdığı Yəmən üçün BMT xəbərdar etdi. BMT-nin ölkədəki Humanitar İşlər Koordinasiya İdarəsindən edilən yazılı açıqlamada, "Yəməndə 25 faizə yaxınlaşan və narahatlıq doğuran yüksək nisbətdəki ölüm sayı dünyadakı ölüm nisbətindən təqribən 4 dəfə yüksəkdir" ifadəsi işlədilib.
Epidemiya səbəbiylə 468 insanın həyatını itirdiyi Sudanda, yoluxma sayı son 24 saatda 213 artaraq 7 min 220-ə çıxıb. 73 insan itkisinin olduğun Çadda son bir gündə 850 yoluxma faktı qeydə alınıb.

Burundi prezidenti Pierre Nkurunzizanın infarktdan deyil, "Covid-19" infeksiyasından öldüyü iddia edilib. 
Burundidə KİV-də yer alan xəbərlərdə prezident Pierre Nkurunzizanın ölüm səbəbinin rəsmi bəyanatlarda ifadə edildiyi kimi infarkt olmadığı irəli sürülüb. Nkurunzizanın koronavirusa yoluxduğu irəli sürülüb. Məlumatlarda səlahiyyətlilərin "Covid-19" infeksiyasına ciddi yanaşmadıqları və bununla da Nkurunzizanın ölümünün əsl səbəbini gizlətdikləri də bildirilib.

Afrika qitəsindəki digər bir sıra ölkələrdə "Covid-19" infeksiyasından qaynaqlı insan itkisi belədir:
"Misir min 672, Cənubi Afrika min 568, Əlcəzair 777, Nigeriya 424, Kamerun 276, Mərakeş 212".



Әlaqәli Xәbәrlәr