ABŞ-a məxsus qırıcı təlim uçuşu zamanı qəzaya uğrayıb

İngiltərədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir "F-15C" təlim uçuşu zamanı qəzaya uğrayıb.

1436383
ABŞ-a məxsus qırıcı təlim uçuşu zamanı qəzaya uğrayıb

İngiltərədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir "F-15C" təlim uçuşu zamanı qəzaya uğrayıb.
Lakenheath bazasında ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, "F-15C" qırıcı təyyarəsi yerli vaxtla 09: 40-da Şimal dənizində qəzaya uğrayıb. 
Lakenheath bazasından havaya qalxan təyyarənin qəza anında adi bir təlim missiyasında olduğu qeyd edilib.
Məlumatda pilotun vəziyyətinin, qəzanın səbəblərinin hazırda bilinmədiyi ifadə edilib və İngiltərənin axtarış və xilasetmə qruplarından dəstək istəndiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr