Liviya hökuməti Tərhunə vilayətindəki hərəkətləri soyqırım adlandırdı

Liviya hökuməti mətbuat ofisindən edilən yazılı şərhdə bildirilib...

1435589
Liviya hökuməti Tərhunə vilayətindəki hərəkətləri soyqırım adlandırdı

 

  Liviya hökuməti ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafterə bağlı milislərin Tərhunə vilayətindəki hərəkətlərini soyqırım adlandırıb.

  Liviya hökuməti mətbuat ofisindən edilən yazılı şərhdə bildirilib: “Hafter milisləri Tərhunə vilayəti və paytaxtın Kasr bin Qaşir bölgəsində müharibə cinayətləri törədiblər. Bir ailənin bütün üzvlərini mühakiməsiz edam etmək, cəsədlərini su quyularına atmaq, bəzilərinin əl-qollarını bağlayaraq diri-diri torpağa basdırmaq kimi hərəkətlər Hafter milislərinin törətdiyi bir soyqırımdır.  

  Liviya ordusu cəsədləri tapdıqca vəhşiliyin böyüklüyü ortaya çıxır. Yüzlərlə adam kütləvi məzarlara basdırılıb, bəziləri isə hələ də itkin düşüb.  

  Hafter milislərinin törətdiyi cinayətlərə başqa millətlərdən ortaq reaksiya və beynəlxalq istintaq istəyirik. Bu hərəkətlərin cavabdehlərindən hesab soruşulmasını tələb edirik.

  Törədilən cinayətlər Hafterin sülh tərəfdarı olmadığını dünyanın önünə sərir.

  Hafter milisləri Trablusun yaşayış bölgələrindəki vətəndaşların evləri, hətta uşaq oyuncaqlarında belə mina və qumbara tələsi qurublar. Bunların bir neçəsini ortadan qaldıra bilmişik.

  Liviya hökuməti Hafter milislərinin törətdiyi cinayətlərlə bağlı Birləşmiş Millətlər Təşkilatından istintaq tələb edərək "İnsanlığa qarşı işlənmiş bu cinayətlərə görə beynəlxalq qınama çağırışı" istəyir.

  Paytaxt Trablusun cənubunda mina təmizləmə işlərinə qatılan dost ölkələrə təşəkkir edən Liviya hökuməti qapılarını yaşayış bölgələrində tələ-partlayıcıların zərərsizləşdirilməsi və hafterçilərin cinayətlərinin araşdırılması üçün beynəlxalq dəstəyə açıq elan edir.”



Әlaqәli Xәbәrlәr