Hansı ölkələr bütün “Covid-19” məhdudiyyətlərini tam aradan qaldırır?
Avropa ölkələri yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində gördükləri tədbirləri azaltmağa davam etməklə yanaşı böyük ölçüdə yeni normal həyat üçün son mərhələyə iyunun 15-dən etibarən başlayır
Avropa ölkələri yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində gördükləri tədbirləri azaltmağa davam etməklə yanaşı böyük ölçüdə yeni normal həyat üçün son mərhələyə iyunun 15-dən etibarən başlayır.
Almaniya “Covid-19” epidemiyası ilə əlaqədar quru sərhədləri yoxlamalarını 15 iyundan mərhələli olaraq qaldırır. Belə ki, İtaliyadan hava yoluyla gələnlərin yoxlaması 15, İspaniyadan gələnlərinsə 21 iyunda sona çatacaq. Bu arada, təxminən 3 aydır Türkiyəyə reallaşmayan tarifli təyyarə səfərləri yenidən başlayıb.
Fransa Avropadaxili sərhədlərini 15 iyun, xarici sərhədlərini isə mərhələli olaraq 1 iyuldan açır.
Belçika 15 iyundan etibarən İngiltərə, Avropa İttifaqı (Aİ) və “Schengen” bölgəsindəki 31 ölkə vətəndaşlarının ölkəyə girməsinə icazə verir.
15 iyundan sərhədlərini açan İspaniya, bir çox Avropa ölkəsindən fərqli olaraq, 1 iyuldan həm də xarici turist qəbul etməyə başlayacaq.
Portuqaliya da 15 iyundan beynəlxalq uçuşlara açılır.
Avstriya iyunun 15-indən həm də tibbi maska istifadəsində yumşaldılmaya gedir.
Yunanıstan 15 iyundan 29 ölkəyə uçuşa başlayır.
İtaliyada 15 iyundan kino salonları və teatrların yenidən açılmasına icazə verilib.
Çexiyada 15 iyundan açıq havada tibbi maska istifadəsi azaldılır.
Rumıniyada iyunun 15-indən ticarət mərkəzləri, açıq üzgüçülük hovuzları, idman salonları və uşaq baxçaları yenidən açılır.
Macarıstanda 30 martda elan edilən Fövqəladə Vəziyyətin aradan qaldırılması 16 iyunda parlamentdə səsə qoyulacaq.
Bolqarıstan 15-30 iyun tarixləri arasında qalan bütün qadağaları götürür.
Danimarka 15 iyundan tam iş həyatına başlamaqla yanaşı Almaniya, Norveç və İslandiyadan turistləri də qəbul edəcək.