ABŞ-ın İraqdakı hərbi bazası yenə raket atəşinə tutuldu

İraq mətbuatı xəbər verir ki...

1435666
ABŞ-ın İraqdakı hərbi bazası yenə raket atəşinə tutuldu

 

  14 iyun gecəsi ABŞ-ın İraqdakı hərbi bazası yenə raket atəşinə məruz qalıb.

  İraq mətbuatı xəbər verir ki, Bağdad yaxınlığında yerləşən hərbi bazaya iki raket atılıb. Nəticədə hərbi bazadakı bəzi tikililərə ziyan dəyib. Atəş zamanı bazada olan ABŞ əsgərlərdən heç kim xəsarət almayıb.

  İraqın xüsusi xidmət orqanları dərhal hadisə yerinə gəliblər. ABŞ və İraq mütəxəssisləri birgə araşdırma aparırlar.

  Cari ildə ABŞ-ın İraqdakı hərbi bazalarına və səfirliyinə bir neçə dəfə hücum olub.



Әlaqәli Xәbәrlәr