ABŞ-da Afrika əsilli digər adamın polis tərəfindən öldürülməsi ikinci etiraz dalğası yaradıb

Hadisənin Minnesota əyalətində Afrika əsilli Corc Floydun nəzarətə götürülərkən öldürülməsindən iki həftə keçməmiş baş verməsi şəhərdə təzyiqi yüksəldib

1435521
ABŞ-da Afrika əsilli digər adamın polis tərəfindən öldürülməsi ikinci etiraz dalğası yaradıb

 

  Amerika Birləşmiş Ştatlarının Atlanda şəhərində Afrika əsilli adamın polis tərəfindən vurulması ilə ölümündən sonra ölkədə ikinci etiraz dalğası yaranıb.  

  Corciya (Georgia) əyalətinin mərkəzi Atlandada iyunun 11-də Afrika əsilli Rayşard Bruksun (Rayshard Brooks) elektroşok tapançasını polisə uzatması nəticəsində öldürülməsindən sonra hadisənin baş verdiyi restoranın qarşısında etirazlar başlayıb.  

  Atlanda polis rəisi Erika Şelds (Shields) istefa verib.

  13 iyun axşamı şəhərin bəzi yollarını bağlayan nümayişçilərə polis müdaxilə edib. Daha sonra hadisənin olduğu restoranın qarşısında atəşlərlə Bruksun ölümünə etiraz bildirilib. Qısa zamanda restoran nümayişçilər tərəfindən yandırılıb. Polis və nümayişçilər arasında çıxan qarşıdurmalar nəticəsində polislər çox sayda etirazçını nəzarətə götürüblər.

  Qeyd edək ki, iyunun 11-də restoranın avtomobil xidməti sırasında gözləyərkən Rayşard Bruks avtomobilində yuxuya gedib. Polis onu oyadınca aralarında mübahisə çıxıb. Bruks maşınından enib, polisin elektroşok tapançasını götürərək ona tuşlayarkən atəş açılaraq öldürülüb. Hadisənin Minnesota əyalətində Afrika əsilli Corc Floydun nəzarətə götürülərkən öldürülməsindən iki həftə keçməmiş baş verməsi şəhərdə təzyiqi yüksəldib.

  ABŞ-ın bir çox əyalət və şəhərində hələ də Floyd üçün nümayişlər davam edir.



Әlaqәli Xәbәrlәr