Tunis sularında 55 cəsəd üzə çıxdı

Vətəndaşları Xilasetmə Xidmətinin müdiri Murad əl-Mişri sözügedən mövzu ilə bağlı açıqlama verərək deyib...

1435320
Tunis sularında 55 cəsəd üzə çıxdı

 

  Tunisin Safaks rayonu sahillərində nizamsız immiqrantları daşıyan gəminin batması nəticəsində 55 nəfər həyatını itirib.

  Vətəndaşları Xilasetmə Xidmətinin müdiri Murad əl-Mişri sözügedən mövzu ilə bağlı açıqlama verərək deyib: “Safaksa bağlı Kerkennah adasından 6 iyunda ayrılan və daha sonra batan gəmidəki 55 nizamsız immiqrantın cansız bədənləri tapılıb. Cəsədlərin 28-i qadın, 25-i kişi və 2-si uşaqdır. Uşaqlardan birinin 3, digərinin 2 yaşında idi. Ölənlərin arasında tunisli gəmi kapitanı da olub. Kimliyi bəlli olmayan qaçqınların əksəriyyətinin Fildişi Sahili (Kot d'İvuar) vətəndaşları olduqları təxmin edilir.”



Әlaqәli Xәbәrlәr