Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 400 mini, virusa yoluxanların sayı yeddi milyonu vә epidemiyadan sağalanların sayı da 3 milyonu keçib.

1434961
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 400 mini, virusa yoluxanların sayı yeddi milyonu vә epidemiyadan sağalanların sayı da 3 milyonu keçib.

Çindә yeni növ koronavirus qurbanlarının sayı 4 mini keçib. Ölkәdә mәktәblәrin açıldığı bildirilir.

İraqda gün әrzindә epidemiya qurbanlarının sayı 39 artaraq 496-ya, yoluxanların sayı da 95 artaraq 17 min 770-ә yüksәlib.

Cәnubi Afrika Cümhuriyyәtindә epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 1284-ә, infeksiyaya yoluxanların sayı da 58 mini keçib.

Sәudiyyә Әrәbistanında gün әrzindә epidemiya sәbәbindәn hәyatını itirәnlәrin sayı 36-ya, infeksiyaya yoluxanların sayı da 3 min 921-ә çatıb.

Mәrakeşdә yeni növ koronavirus qurbanlarının sayı 212-yә, Omanda 96-ya, Qәtәrdә 70-ә, Bәhreyndә 36-ya vә Liviyada 5-şә yüksәlib.

Afrika qitәsindә koronavirusdan  6 min 80 nәfәr hәyatını itirib. Qitәdә epidemiyaya yoluxanların sayı 220 mini keçib.

Mәlumata görә, Misir, Cәnubi Afrika, Әlcәzair, Nigeriya, Kamerun vә Mәrakeşdә koronavirusdan çox sayda adam vәfat edib.

Seyşel adalarında koronavirusdan ölüm faktı qeydә alınmayıb.

Mәlumata görә, Eritreya, Uqanda, Namibiya vә Lesotoda da koronavirus epidemiyasından  ölüm faktı qeydә alınmayıb.



Әlaqәli Xәbәrlәr