Yəməndə əhalinin 80 faizinin humanitar yardıma ehtiyacı var

Müharibə, təbii fəlakətlər və yeni növ koronavirus səbəbiylə Yəməndə ilin əvvəlindən bəridir 95 minə yaxın insan köçmək məcburiyyətində qalıb.

1434349
Yəməndə əhalinin 80 faizinin humanitar yardıma ehtiyacı var

Müharibə, təbii fəlakətlər və yeni növ koronavirus səbəbiylə Yəməndə ilin əvvəlindən bəridir 95 minə yaxın insan köçmək məcburiyyətində qalıb.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Yəmən nümayəndəliyindən verilən yazılı bəyanatda yanvar ayından bəri miqrasiya fəallığı ilə bağlı məlumatlar yer alıb.
Bəyanatda yəmənlilərin vətəndaş müharibəsi, daşqın və yeni növ koronavirusun (Covid-19) yayılması qorxusu kimi səbəblərə görə didərgin düşdüyünə diqqət çəkilib.
Bildirilib ki, 94 min 488 nəfərdən ibarət yəmənli 15 min 748 ailə evlərini tərk etmək məcburiyyətində qaldı. 
Qeyd edək ki, uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İran tərəfindən dəstəklənən Husilər 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sanaya və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından bəri Yəmən hökumətinə Husilərə qarşı dəstək verir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyada ən böyük humanitar böhranlardan birinin yaşandığı Yəməndə əhalinin 80 faizi humanitar yardıma və qorunmaya ehtiyac duyur.



Әlaqәli Xәbәrlәr