Dünyada koronavirusdan ölənlərin sayı 419 mini keçib

Yoluxma sayı 7 milyon 478 min 198-ə, sağalanların sayı isə 3 milyon 792 min civarındadır.

1433968
Dünyada koronavirusdan ölənlərin sayı 419 mini keçib

Dünyada yeni növ koronavirus (Covid-19) səbəbindən həyatını itirənlərin sayı 419 min 390-ı ötüb. Yoluxma sayı 7 milyon 478 min 198-ə, sağalanların sayı isə 3 milyon 792 min civarındadır.

114 min 273 nəfərin öldüyü, epidemiyanın mərkəzi olan Amerika Birləşmiş Ştatlarında (ABŞ) mayın 25-də Corc Floydun polis zorakılığı nəticəsində vəfat etməsindən sonra başlayan irqçi etirazlar səbəbindən yoluxma sayının artdığı bildirilib. Ölkədə virusa yoluxanların sayı 2 milyonu ötüb.

Epidemiyanın Avropadakı mərkəzi İngiltərədə həyatını itirənlərin sayı son bir gündə 245 nəfər artımla, 41 min 128-ə çatıb. Qeydə alınan 1003 yeni yoluxma ilə infeksiya daşıyıcılarının sayı 290 min 143-ə çatıb.

İtaliyada "Covid-19" səbəbindən ölənlərin sayı son 24 saatda 71 nəfər artaraq, 34 min 114-ə çatıb. Aktiv yoluxma sayının 1162 nəfər azalma ilə 31 min 710-a qədər endiyi ölkədə "Covid-19" infeksiyası daşıyıcılarının sayı 235 min 763-ə yüksəlsə də, son 24 saatda qeydə alınan yeni yoluxma sayı 202 olub.

Fransada epidemiyadan dolayı son 24 saatda həyat itkisi 23 nəfərin ölümü ilə 29 min 319-a, virus aşkarlanan şəxslərin sayı 545 nəfər artımla 192 min 541-ə çatıb. İspaniyada Səhiyyə Nazirliyi son 72 saat ərzində yeni növ koronavirusdan ölüm hallarının qeydə alınmadığını açıqlayaraq , insan itkisi sayının 27 min 136 nəfər olduğunu bildirib.

Portuqaliyada isə "Covid-19"-dan son 24 saat ərzində 5 nəfərin həyatını itirməsi ilə ölənlərin sayı 1497-yə, 294 yeni yoluxma ilə infeksiyaya tutulanların sayı 35 min 600-ə çatıb.

Kanadada son 48 saatda yeni növ koronavirus səbəbindən ölənlərin sayı 145 nəfərlik artımla 8004-ə, yoluxma sayı isə 1766 nəfərlik artımla 98 min 228-ə yüksəlib.

Meksikada 2 körpə 2 həftədir davam edən müalicəyə məğlub olaraq yeni növ koronavirusdan dünyasını dəyişib. 15 yaşından aşağı 152 uşağın "Covid-19"-a yoluxduğu bildirilən ölkədə infeksiyadan 14 min 649 nəfərin öldüyü, 124 min 301 nəfərin isə infeksiyaya tutulduğu qeydə alınıb.

İraqda son 24 saatda yeni növ koronavirus epidemiyası 34 nəfərin həyatına son qoyub, 1146 nəfər virusa yoluxub. Beləliklə, ölkədə ölənlərin sayı 426-ya, yoluxanların sayı isə 15 min 441-ə çatıb. Virusa yoluxan 6 min 214 nəfərin müalicəsi yekunlaşaraq sağalıb.

İranda  virusdan indiyədək həlak olanların sayı 8 min 584 olaraq qeydə alınıb.

İnsan itkisinin 6 min 532 olaraq açıqlanan Rusiyada yeni növ koronavirusla əlaqədar ölüm hallarının bu günədək açıqlanan məlumatlardan daha artıq olduğu bəlli olub. Moskva Bələdiyyəsi Səhiyyə Departamentinin açıqlamasında bildirilir ki, Səhiyyə Nazirliyinin yeni üsulla hesablamalarına görə, may ayında Moskvada "Covid-19"-dan ölənlərin sayı 5 min 260 nəfər olub. Bu açıqlamaların fonunda ölkədə "Covid-19" səbəbindən ölənlərin sayı 9 min 723-ə çatıb.

BMT Afrika ölkələrindən Nigeriyada "Covid-19" ilə mübarizəsi çərçivəsində görülən tədbirlərin 13 milyon adamı işsiz qoya biləcəyini açıqlayıb.
Bəzi ölkələrdə insan itki isə belədir:
Hindistan 8 min 107, Çin 4 634, Pakistan 2 min 356, Cənubi Afrika min 210, Banqladeş min 12, Yaponiya 919, Səudiyyə Ərəbistanı 819, Belarus 288, Qətər 66, Belçikada 9629, Almaniyada 8844, Peruda 5903, Çilidə 2 min 475.



Әlaqәli Xәbәrlәr