Vladimir Putin Angela Merkellə danışdı

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə  Liviyadakı vəziyyəti müzakirə edib

1432908
Vladimir Putin Angela Merkellə danışdı

 

  Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə  Liviyadakı vəziyyəti müzakirə edib.
  Rəsmi Kremlin verdiyi məlumata görə, Putin və Merkel telefon söhbətində Liviyadakı qarşıdurmaların artması ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.
  BMT-nin himayəsində liviyalılar arasında müzakirələrin başladılması və  toqquşmaların dərhal dayandırılmasından başqa alternativin olmadığı vurğulanan görüşdə Rusiya tərəfinin Misirin Liviya böhranını həll etmə cəhdinin müsbət qiymətləndirildiyi bildirilib.  
  Ukrayna böhranı ilə əlaqədar olaraq da iki liderin fikir mübadiləsi apardıqları qeyd edilərək, Suriyadakı vəziyyətin də müzakirə olunduğu dilə gətirilib.



Әlaqәli Xәbәrlәr