Terror tәşkilatı Boko Haram 69 nәfәri qәtlә yetirib

Bu barәdә yerli mәtbuat orqanların mәlumat yayıb.

1433312
Terror tәşkilatı Boko Haram 69 nәfәri qәtlә yetirib

 

 

Qәrbi Afrika ölkәsi Nigeriyanın şimal-şәrqindә terror tәşkilatı Boko Haramın törәtdiyi silahlı hücum nәticәsindә 69 nәfәr hәlak olub.

Bu barәdә yerli mәtbuat orqanların mәlumat yayıb. Mәlumata әsasәn, hücum Borno әyalәtinin Foduma Kolomaiya kәndindә baş verib.

Hücum nәticәsindә 69 nәfәr hәlak olub, çox sayda adam da yaralanıb. Hücum zamanı hәmçinin çox sayda ev dә yanıb.

Nigeriya ordusunun mәtbuat katibinin müavini Musa Saqir hadisә ilә bağlı açıqlama vermәyib.

Nigeriya Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Tukur Yusuf Baratai son iki ay әrzindә Boko Haram tәşkilatına qarşı keçirilәn әmәliyyatlar nәticәsindә 1429 terrorçunun zәrәsizlәşdirildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr