"Floyd mövzusu dünyanı dəyişdirəcək", C.Bayden

Amerika Birləşmiş Ştatlarında prezidentliyə Demokrat Partiyadan namizəd, eks vitse-prezident Co Bayden (Joe Biden) polis zorakılığı nəticəsində həyatını itirən Afrika mənşəli amerikalı Corc Floydun irqçilik mövzusunda dünyanı dəyişdirəcəyini söylədi

1432727
"Floyd mövzusu dünyanı dəyişdirəcək", C.Bayden

 

  Amerika Birləşmiş Ştatlarında prezidentliyə Demokrat Partiyadan namizəd, eks vitse-prezident Co Bayden (Joe Biden) polis zorakılığı nəticəsində həyatını itirən Afrika mənşəli amerikalı Corc Floydun irqçilik mövzusunda dünyanı dəyişdirəcəyini söylədi.

  Texas əyalətinin Hyuston şəhərində Floydun ailəsinə baş çəkdikdən sonra CBS televiziyasına müsahibə verən C.Bayden deyib: “Floydun faciəli ölümü bir dəyişiklik yaradacaq. Yaşananlar Amerika tarixində vətəndaş azadlıqları və haqqlar mövzusunda böyük qırılma anlarından biridir. Floyd dünyanı dəyişdirəcək”.

  Qeyd edək ki, ABŞ-ın Minnesota əyalətində 25 mayda baş verən hadisədə Afrika mənşəli amerikalı Corc Floyd nəzarətə götürülərkən o, "Nəfəs ala bilmirəm" deyə yalvarsa da, polisin onun boğazından qıçını çəkməməsi nəticəsində həyatını itirib. Bundan sonra Minneapolisdən başlayaraq bütün ölkə və xaricinə yayılan nümayişlər iki həftədən çoxdur ki, davam edir. Etirazçılar “Polis islahatı”nı artıq tələbə çevirib.



Әlaqәli Xәbәrlәr