Şimali Koreya Cənubi Koreya ilə bütün rabitə kanallarına son qoyur

Şimali Koreyanın rəsmi agentliyi KCNA-nın yaydığı məlumata görə...

1432428
Şimali Koreya Cənubi Koreya ilə bütün rabitə kanallarına son qoyur

 

  Şimali Koreya fəalların ölkəyə broşür göndərməsilə bağlı yaşanan gərginliklə əlaqədar Cənubi Koreya ilə bütün rabitə kanallarını kəsəcəyini açıqlayıb.

  Şimali Koreyanın rəsmi agentliyi KCNA-nın yaydığı məlumata görə, Pxenyan (Pyongyang) rəhbərliyi Cənubi Koreya ilə 9 iyun günortadan sonra bütün bütün transsərhəd rabitə xətlərini kəsəcəyini bu sözlərlə bildirib: "Cənubi Koreya səlahiyyətliləri müxtəlif bəhanələrlə ağır məsuliyyəti üstlərindən atmağa çalışır, Şimali Koreyaya düşməncə hərəkətlərə göz yumur. Bu, Cənubi Koreyaya baha başa gələcək."

  Qeyd edək ki, köhnə kəşfiyyat başçısı Kim Yon Çhol (Kim Yong Chol)  tərəfindən Şimali Koreyanın başçısı Kim Çen İnin (Kim Jong) bacısı Kim Yo Çen və Seul rəhbərliyinin 2010-cu ildə 50 Cənubi Koreyalının ölümünə səbəb olan iki hücumun arxasındakı adlar olduğuna məlumatlar yayılıb.   

  Cənubi Koreya hökuməti Şimali Koreyanı mövcud olan rabitə kanallarını bağlamamağa çağırıb. Bu barədə ölkənin Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlər üçün Seulda keçirilən brifinqdə belə deyib: “Şimal və Cənub arasında telefon xətləri əlaqə yaratmaq üçün əsas alətdir və onlar əldə olunan razılaşmaya əsasən saxlanılmalıdır. Seul bundan sonra da tərəflər arasında əldə olunan bütün sazişlərə əməl edəcək və Koreya yarımadasında sülhün bərqərar olunması üçün səy göstərəcək”.

  Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) də 9 iyunda belə bir məlumat yayıb ki, qarşı tərəfin ictimai təşkilatlarının Şimala təbliğat vərəqələri göndərməsinə cavab olaraq Cənubi Koreya ilə bütün rabitə xətlərini bağlayacaq.



Әlaqәli Xәbәrlәr