Qebreyesus: "ÜST bərabərlik və irqçiliyə qarşı qlobal hərəkatı tam dəstəkləyir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus irqçiliyə qarşı qlobal hərəkətləri dəstəklədiklərini bildirdi.

1432101
Qebreyesus: "ÜST bərabərlik və irqçiliyə qarşı qlobal hərəkatı tam dəstəkləyir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus irqçiliyə qarşı qlobal hərəkətləri dəstəklədiklərini və ayrı-seçkiliyin bütün formalarını rədd etdiklərini bildirib.
Qebreyesus təşkilatın İsveçrənin Cenevrə şəhərindəki qərargahında keçirdiyi videokonfrans vasitəsilə mətbuat konfransında deyib:
"ABŞ-ın Minneapolis şəhərində 25 mayda  Afrika mənşəli Corc Floydun polisin zorakılığı nəticəsində ölümündən sonra dünya miqyasında etiraz aksiyaları keçirilir. ÜST bərabərlik və irqçiliyə qarşı qlobal hərəkatı tam dəstəkləyir. Hər cür ayrı-seçkiliyi rədd edirik". 
Qebreyesus dünya miqyasındakı etirazların təhlükəsiz şəkildə keçirməyə çağıraraq, "Mümkün qədər başqalarından ən azı bir metr məsafədə qalın, əllərinizi təmizləyin, öskürəyinizi örtün və etirazda iştirak edirsinizsə maska geyin" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr