Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 201 mini keçib

"Covid-19" infeksiyasından İtaliyada ölənlərin sayı son 24 saatda 65 artaraq 33 min 964-ə çıxıb.

1432399
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 201 mini keçib

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 201 min nəfərə çatıb. Məlumata görə, virusdan ölənlərin sayı 408 min 986-nı keçib. İndiyədək sağalanların sayı isə 3 milyon 550 mində yaxınlaşıb.

ABŞ ən çox yoluxma faktı və insan itkisinin qeydə ayındığı ölkədir. Ölkədə epidemiyadan 113 min 61 nəfər dünyasını dəyişib. 2 milyon 26 min 597 nəfərdə virus aşkarlanıb.

"Covid-19" infeksiyasından İtaliyada ölənlərin sayı son 24 saatda 65 artaraq 33 min 964-ə çıxıb. Koronavirus yoluxmaların sayının 235 min 278-ə yüksəldiyi ölkədə son 24 saatda qeydə alınan yeni yoluxmaların sayı 280 olub.
Fransada epidemiya səbəbiylə son 24 saatda 54 nəfər həyatını itirməsilə insan itkisi 29 min 209 nəfərə, virus aşkarlananların sayı 211 nəfər artaraq 191 min 593 olub.
İspaniyada yeni növ koronavirusdan son 24 saat ərzində yeni növ koronavirusdan ölüm olmadığı açıqlanıb. Ölənlərin sayının 27 min 136 olaraq sabit qaldığı bildirildikdə, həftəlik ölənlərin sayının 56 olduğu qeyd edilib. Açıqlamada yeni yoluxmaların sayının 48, ümumi yoluxma sayının 241 min 717-ə qədər artdığı bildirilib. Fövqəladə vəziyyətin iyunun 21-dək davam edəcəyi İspaniyada Mərkəzi Bank 2020-ci ilin sonuna qədər iqtisadi daralmanın 15,1 faizə, işsizliyin səviyyəsinin (2019-cu ildə 14,1 faiz olan) 23,6 faizə qədər artacağını proqnozlaşdırıb.
Portuqaliyada "Covid-19" virusundan son 24 saat ərzində 6 nəfərin ölümü ilə insan itkisi 1485-ə, 192 yeni yoluxma ilə virusa yoluxan insanların sayı 34 min 885-ə çıxıb. Peruda "Covid-19" səbəbiylə son 24 saatda 106 nəfərin ölkəsilə insan itkisi 5 min 571-ə, yoluxmaların sayı isə 3 181 artaraq 199 min 696'-a çıxıb.

37 min 312 nəfərin həyatını itirdiyi Braziliyada ultra sağçı prezident Jair Bolsonaro rəhbərliyi altında epidemiya ilə mübarizədə uğurlu oluna bilmədiyi irəli sürülür.
Meksikada "Covid-19" infeksiyasından insan itkisi 354 artaraq 14 min 53, yoluxmaların sayı 2 min 999 artaraq 120 min 102'-ə çıxıb.1308 nəfərin öldüyü Kolumbiyada yoluxmaların sayı 40 mini keçib.

Digər bezi ölkələrdə "Covid-19" infeksiyasından ölənlərin sayı belədir: "İngiltərə 40 min 597, Belçika 9 min 606, Almaniya 8 min 792, Kanada 7 min 835 və Çili 2 min 264".

 



Әlaqәli Xәbәrlәr