Çauvinin növbəti məkhəməsi iyunun 29-na təxirə salınıb

Corc Floydu saxlayarkən dizini boynuna sıxaraq öldürməkdə günahlandırılan keçmiş polis məmuru Derek Çauvin ilk dəfə hakim qarşısına çıxıb.

1432196
Çauvinin növbəti məkhəməsi iyunun 29-na təxirə salınıb

ABŞ-da polis zorakılığının qurbanı olan Afrika mənşəli Corc Floyd üçün, doğulduğu Şimali Karolinada təşkil olunan iki vida mərasimindən sonra üçüncüsü Texasda keçirilib.

İyunun 8-də səhər saatlarında Hyuston Ştatına aparılan Corc Floydun cənazəsi Fountain of Praise kilsəsində 6 saat ərzində ziyarətçilərin üzünə açıq olub.

Floydu yad etmək üçün qohumları ilə yanaşı, minlərlə insan kilsənin qarşısında uzun növbəyə düzülüb. Xalq üçün açıq olan vida mərasiminə Texas valisi Greg Abbott da sağlamlıqla bağlı yaşadığı çətinliklərlə əlaqədar əlil arabasında qatılaraq, Floydu tabutunun qarşısında bir dəqiqəlik sükutla yad edib.

Corc Floydun cənazəsi bu gün ailəsinə məxsus mərasimdən sonra Hyustondakı Memorial Gardens qəbirstanlğında anası Larcenia Floydun yanında dəfn ediləcək.

Bu arada, Corc Floydu saxlayarkən dizini boynuna sıxaraq öldürməkdə günahlandırılan keçmiş polis məmuru Derek Çauvin ilk dəfə hakim qarşısına çıxıb.

Çauvin saxlanıldığı Minnesota Oak Park Heights ştat həbsxanasından narıncı paltarda qandallanmış şəkildə video bağlantı ilə məhkəməyə qatılıb.

Hakim girov ödənişini 1 milyon 250 min dollara çatdırdığı Çauvinin növbəti məkhəməsini iyunun 29-na təxirə salıb.

Xatırladaq ki, Afrika mənşəli amerikalı Corc Floyd mayın 25-də Minnesota ştatında saxlanılarkən “nəfəs ala bilmirəm” deyə fəryad etsə də, polisin ayağını boynuna sıxması nəticəsində həyatını itirib. O vaxtdan indiyədək ABŞ-ın bütün şəhərləri zorakılığa qarşı etirazlara şahidlik edir.



Әlaqәli Xәbәrlәr