Dünyanın müxtəlif ölkələrində irqi ayrı-seçkiliyə etiraz olaraq aksiyalar davam edir

İngiltərənin Bristol şəhərində irqçiliyə qarşı nümayişlər təşkil edənlər bir qul tacirinin heykəlini məhv etdi.

1431734
Dünyanın müxtəlif ölkələrində irqi ayrı-seçkiliyə etiraz olaraq aksiyalar davam edir
ankara floyd.jpeg
protesto mitingi birleşik arap emirleikler.jpg
londra floyd.jpg

Paytaxt Ankaradakı bəzi qeyri-hökumət təşkilatları ABŞ polis zorakılığı nəticəsində Afrika mənşəli Corc Floydun həyatını itirməsinə etiraz etdi.
ABŞ-ın Ankaradakı səfirliyi qarşısında  qeyri-hökumət təşkilatı "Mazlumder"in Ankara şöbəsinin başçılığında keçirilən aksiyada etirazçılar "İrqçilik öldürür", "Nəfəs ala bilmirik" və Floydun şəkillərini yer aldığı plakatlar daşıyıblar. 

İngiltərənin Bristol şəhərində irqçiliyə qarşı nümayişlər təşkil edənlər bir qul tacirinin heykəlini məhv etdi.
Mayın 25-də Afrika mənşəli Corc Floydun polis tərəfindən öldürülməsindən sonra İngiltərədə başlayan etiraz aksiyaları davam edir.
Paytaxt Londonda ABŞ Səfirliyi və Baş nazirlik binası qarşısında iki ayrı nümayiş keçirililib.
Nümayişçilər “qaradərililərin həyatı mühümdür” və “bu, ağların problemidir” yazılan plakatlar qaldırıblar.
Digər tərəfdən, axşam Londonda ABŞ səfirliyi qarşısında başlayan və Baş nazirlik binasının qarşısında davam edən nümayişlərdə axşam radələrində hadisələr baş verib.
Nümayişçilər təhlükəsizlik tədbirləri görən polisə şüşə  və daş atıblar.
Londonla yanaşı Bristol və  Şotlandiyanın paytaxtı Edinburqda da etiraz aksiyaları keçirilib.
Belçikanın paytaxtı Brüsseldəki Ədalət Sarayının qarşısında Floyd üçün keçirilən etiraz aksiyasında minlərlə insan iştirak edib.
Poelaert meydanına toplaşan 10 minə yaxın insan "Afrika mənşəlilərin həyatı dəyərlidir" şüarı ilə polis zorakılığına və irqçiliyinə etiraz ediblər.

Digər tərəfdən, Corc Floydun portreti işğal olunmuş İordan çayının qərb sahilindəki divara çəkilib.
Fələstinli bir rəssam "təcrid divarı" adlanan divarın Bethlehem şəhərində yerləşən hissəsində Corc Floydun portretini çəkib.
Rəsmin gecə çəkildiyi və fələstinli rəssamın şəxsiyyətinin bilinmədiyi, sakinlərin Floydun rəsminə böyük maraq göstərdiyi bildirilib.

Xatırladaq ki, ABŞ-ın Minnesota əyalətində 25 mayda yaşanan hadisədə Afrika mənşəli Corc Floyd nəzarətə alınarkən "Nəfəs ala bilmirəm" deyə yalvarsa da, polisin dizini onun boğazından çəkməməsi nəticəsində həyatını itirdi. O gündən bütün ABŞ şəhərlərində irqçilik və polis zorakılığına qarşı etiraz nümayişləri davam edir.



Әlaqәli Xәbәrlәr