Ramazan Abdullah Şallah müalicə aldığı xəstəxanada həyatını itirdi

İslami-Cihad Hərəkatından mətbuata yayılan məlumatda yazılır...

1430982
Ramazan Abdullah Şallah müalicə aldığı xəstəxanada həyatını itirdi
Ramazan Abdullah Şallah.jpg

  Fələstin İslami-Cihad Hərəkatının əvvəlki baş katibi Ramazan Abdullah Şallah müalicə aldığı xəstəxanada həyatını itirib.

  İslami-Cihad Hərəkatından mətbuata yayılan məlumatda yazılır: "Böyük milli lider Ramazan Abdullah Şallah tutulduğu amansız xəstəlikdən həyatını itirdi. Şallah İslami-Cihad Hərəkatının qurulmasından bu yana mübarizəyə şahidlik etdi. Onun 20 ildən çox ortaya qoyduğu liderliyi və milli duruşunu qürur və şərəflə xatırlayırıq. Ramazan Abdullah Şallah Fələstin müqaviməti əmanətinə, Qüds, ərəb və İslam şəxsiyyətinə həmişə sahib çıxdı və cihad bayrağını həmişə yüksəkdə tutdu. İslami-Cihad Hərəkatının üzvləri Fələstin xalqına başsağlığı verir.”

  Fələstin rəsmi xəbər agentliyi WAFA-da çıxan xəbərə görə, Fələstin dövlət başçısı Mahmud Abbas da Şallahın vəfatı ilə əlaqədar başsağlığı verib və "Onun ölümüylə böyük bir milli lideri itirdik” deyib.



Әlaqәli Xәbәrlәr