"Facebook" da Trampın mesajlarına qadağa qoymağı nəzərdən keçirir

M.Zukerberq “Facebook” hesabından yazıb...

1430826
"Facebook" da Trampın mesajlarına qadağa qoymağı nəzərdən keçirir

 

  “Facebook” İdarə Heyətinin sədri (CEO) Mark Zukerberq Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın mübahisə yaradan paylaşmaları ilə bağlı şirkətin ''neytrallıq'' sərgiləyəcəyi şərhinə gələn reaksiyalardan sonra sosial medianın məzmun siyasətini nəzərdən keçirəcəklərini bildirib.

  M.Zukerberq “Facebook” hesabından yazıb: ''Bir çoxunuzun prezidentin keçən həftəki paylaşmalarına bir növ xəbərdarlıq qoymamız lazım olduğunu demənizi başa düşürəm. Məzmun pozuntularını səhifədən qaldırma variantlarını nəzərdən keçirəcəyik.''

  Qeyd edək ki, D.Trampın Afrika mənşəli amerikalı Corc Floydun polis zorakılığından sonra həyatını itirməsindən sonra başlayan etirazlar və yağmalamalara bağlı ''Yağma başladığı zaman silahlar partlamağa başlar'' paylaşmasına “Twitter” məhdudlaşdırma gətirib, amma “Facebook” hər hansı bir addım atmadığı üçün çox sayda insanın təpkisi ilə qarşılaşıb.



Әlaqәli Xәbәrlәr