Dünyanın aparıcı dövlətləri Liviya Bəyanatına münasibət bildirdilər

Xatırladaq ki, Misir prezidenti Əbdulfəttah Sisi və Hafterin siyasi müttəfiqi Axila Saleh ortaq mətbuat konfransında Qahirə Bəyanatını elan etmişdilər

1430947
Dünyanın aparıcı dövlətləri Liviya Bəyanatına münasibət bildirdilər

 

  Rusiya Liviya ilə bağlı imzalanan Qahirə Bəyanatını dəstəklədiyini bildirib.

  Rusiya Prezident Aparatının Orta Şərq və Afrika Ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hafterə bağlı milislərin üst-üstə uduzmalarından sonra qəbul edilən Qahirə Bəyanatını dəstəklədiklərini açıqlayıb. Ria xəbər agentliyinə etdiyi şərhdə sözügedən mövzu ilə bağlı M.Boqdanov deyib: “Rusiya hökuməti Misir prezidenti Əbdülfəttah Sisinin Hafter və müttəfiqi Tobruk Nümayəndələr Məclisinin sədri Axıla Salehlə birgə Libya ilə əlaqədar elan etdikləri siyasi cəhdi, 8 iyun atəşkəs çağırışını və ümumilikdə Liviyada tezliklə qarşıdurmaların dayandırılmasına dair hər cür təklifi dəstəkləyir."

  Amerika Birləşmiş Ştatlarının Liviya Səfirliyi də Qahirə Bəyanatını məmnuniyyətlə qarşıladıqlarını açıqlayaraq Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Ərəb Birliyi ilə birlikdə hazırlanan bəyanata dəstək verdiklərini bildirib.

  Xatırladaq ki, Liviya ordusunun Xəlifə Hafterə bağlı milislərə qarşı ard-arda mühüm uğurlarından sonra Hafter və müttəfiqləri iyunun 6-da Misirin paytaxtı Qahirədə toplanmışdı. Görüşlərdən sonra Misir prezidenti Əbdulfəttah Sisi və Hafterin siyasi müttəfiqi Axila Saleh ortaq mətbuat konfransında Qahirə Bəyanatını elan etmişdilər.



Әlaqәli Xәbәrlәr