Donald Tramp ölkә gündәmini zәbt edәn mәsәlәlәri qiymәtlәndirib

Amerika Birlәşmiş Ştatlarında afroamerikalı Corc Floydun Minnesota ştatında polis tәrәfindәn qәtlә yetirilmәsindәn sonra başlayan etiraz aksiyaları sәbәbindәn Vaşinqtona yeridilәn hәrbi qüvvәlәrin şәhәrdәn çıxdığı bildirilir.

1430437

Müdafiә Nazirliyi Vaşinqton DC-dәki 900 әsgәr vә hәrbi birliyә bazalarına geri qayıtmaları ilә bağlı әmr verib.

Bu arada ABŞ prezidenti Donald Tramp Ağ Evdә mәtbuat konfransı tәşkil edib. Tramp mәtbuat konfransı zamanı ölkәnin gündәmini zәbt edәn aktual mәsәlәlәri qiymәtlәndirib.

Donald Tramp deyib: ‘‘Ümid edirәm ki, milli qvardiyanı vәzifәlәrinin icrasına çağırarsınız. Bu mәsәlә ilә bağlı mәnimlә telefon әlaqәsi saxlamaqdan çәkinmәyin. Minneapolisdә etdiyimiz kimi çox sürәtlә hәrәkәtә keçә bilәrik’’.

Bu arada Vaşinqton DC-nin meri Muriel Bovser Ağ Evin yaxınlığındakı 16-cı prospektә  büyük hәrflәrlә ‘‘Qaradәrililәrin hәyatı çox önәmlidir’’ süarını yazdırıb. Muriel Bovser hәmin prospekti ‘‘Qaradәrililәrin hәyatı çox önәmlidir’’ adlandırdığını  açıqlayıb.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ölkədə, həmçinin Vaşinqtonda iğtişaşlar başlayıb.

Әlaqәli Xәbәrlәr