Koronavirusla bağlı Qərbin vəziyyəti

Epidemiyanın Avropadakı mərkəzi İngiltərədə son 24 saatda ölənlərin sayı 359 artaraq 38 min 728-i keçib.

1429043
Koronavirusla bağlı Qərbin vəziyyəti

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 388 min 422-dən yuxarıdır. Yoluxma sayı 6 milyon 596 mini, sağalanların sayı isə 3 milyon 187 min 905-i keçib.

ABŞ-da indiyədək "Covid-19" epidemiyasından ölənlərin sayı 109 min 142 olaraq yedə alındıqda, yoluxma sayı isə 1 milyon 901 min 783-ə yüksəlib.

Epidemiyanın Avropadakı mərkəzi İngiltərədə son 24 saatda ölənlərin sayı 359 artaraq 39 min 728-ə, yoluxmaların sayı min 871 artaraq 279 min 856-ya çıxıb.
Fransada son 24 saatda 81 nəfərin ölümü ilə ümumi insan itkisi 29 min 21-ə yüksəlib. Virus aşkarlanan insanların sayı son 24 saatda 253 artaraq 189 min 82-yə çıxıb.
İspaniya Səhiyyə Nazirliyi indiyədək 27 min 128 adamın öldüyünü və 240 min 326 yoluxma faktının qeydə alındığını açıqlayıb. Digər tərəfdən, parlament yeni növ koronavirus epidemiyası səbəbiylə 14 mart tarixindən etibarən mövcud olan fövqəladə vəziyyət rejiminin 21 iyun tarixinə qədər uzadılmasını təsdiqləyib. İspaniya 1 iyul tarixindən etibarən məhdud və regional miqyasda xarici turistləri qəbul etməyə başlayacaq.

9 min 548 insan itkisinin olduğu Belçikada isə yoluxma sayı 58 min 767-yə yüksəlib.

Şimali Amerika ölkələrindən Kanadada "Covid-19" virusundan son 48 saat ərzində 178 nəfər həlak olub.
Braziliyada isə "Covid-19" epidemiyadan ölənlərin sayı 32 min 568 olub. 2 min könülü braziliyalı Oxford universiteti tərəfindən hazırlanan vaksinin test mərhələsində iştirak edəcək. Bununla da Braziliya "İngiltərədən kənarda vaksinin test olunacağı ilk ölkə^" olacaq.

Ekvadorda milli və beynəlxalq reyslər açılarkən,11 min 729 nəfərin həyatını itirdiyi Meksikada mart ayının sonundan etibarən bağlanan tikinti, mədən, avtomobil hissələri istehsalı, tullantıların idarə olunması və velosiped satışları kimi sektorlar yenidən fəaliyyətə başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Amerika qitəsindəki ofisi Panamerika Səhiyyə Təşkilatı (OPS), Latın Amerikası ölkələrində epidemiya ilə mübarizə tədbirlərinin ləğv edilməsindən narahatlığını bildirib. Bölgə ölkələrində  tədbirlərin yumşaldılmasına çox diqqət yetirilməsinin vacib olduğu ifadə edilib, əks halda yoluxma hallarının yenidən artacağı qeyd olunub.



Әlaqәli Xәbәrlәr