Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Taylandda bir həftədən sonra ilk dəfə koronavirusdan bir nəfər həlak olub.

1427608
Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 377 min909-dan yuxarıdır. Yoluxma sayı 6 milyon 388 mini, sağalanların sayı isə 2 milyon 922 mini keçib.

Pandemiyanın baş qaldırdığı ilk ölkə olan Çində son 24 saatda 5 yoluxma faktı qeydə alınıb.
Cənubi Koreyada aşkar olunan yoluxmaların sayı 38 olub.

Taylandda bir həftədən sonra ilk dəfə koronavirusdan bir nəfər həlak olub. Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, həyatını itirənlərin sayı 1 artımla 58-ə, yoluxmaların isə 1 nəfər artaraq 3 83-ə çıxıb.

1641 nəfərin öldüyü İndoneziyada bu il "Covid-19" səbəbiylə həcc ziyarətinə getməmək qərarı verilib. Ölkədə indiyədək "Covid-19" virusuna 26 min 940 adam tutulub, 7 min 637 xəstə isə sağalıb.
Hindistanda son bir gündə 204 nəfər epidemiyadan ölüb, bununla da həyatını itirənlərin sayı 5 598-ə çıxıb. Son 24 saat ərzində 8 min 171 yeni yoluxma halı aşkarlanarkən, ölkə miqyasında yoluxmaların sayı 198 min 706 olub.
Pakistanda ölənlərin sayı 1 621-ə yüksəlib. Ölkədəki yoluxmaların sayı da 76 min 397-yə çıxıb.
Rusiyada infeksiyadan ölənlərin sayı 5 min 37-yə, virus aşkarlananların sayı isə 423 min 74-yə çatıb.

Ermənistanda həyatını itirənlərin sayı 158-ə, yoluxmaların sayı isə 10 min 9-a çıxıb.
İnsan itkisinin 727 olduğu Ukraynada virusa yoluxanların sayı 24 min 340-a yüksəlib.
Bəzi Avrasiya ölkələrində insan itkisi və yoluxmaların sayı belədir:
"Qazaxıstan 41/11 min 571, Özbəkistan 15/3 min 718, Qırğızıstan 17 / min 845, Gürcüstan 12/799, Moldova 307/8 min 360, Tacikistan 47/4 min 13".
İranda infeksiyadan insan itkisi 7 min 942-yə yüksəlib. 

Mərakeşdə infeksiyadan ölənlərin sayı 205, yoluxanların sayı 7 min 833 olduğu açıqlanıb. Ölkədə yoluxma hallarının sayı xeyli azalarkən, martın 20-də elan olunan "səhiyyə sahəsində fövqəladə vəziyyət" çərçivəsində görülən tədbirlərin müsbət nəticələri olub.
Banqladeşdəki Coxs Bazar bölgəsində Arakanlı müsəlmanlarının yaşadığı düşərgələrdə "Covid-19" virusu səbəbiylə ilk ölüm faktı qeydə alınıb. Düşərgələrdəkı yoluxmaların sayı 29-a çatıb.



Әlaqәli Xәbәrlәr