Corc Floydun ölümündən sonra başlamış kütləvi iğtişaşlar

ABŞ-da afroamerikalı Corc Floydun ölümü ilə bağlı başlanmış dinc aksiyalar Nyu-Yorkun mərkəzində kütləvi qarət hadisələrilə əvəz olunub.

1427572
Corc Floydun ölümündən sonra başlamış kütləvi iğtişaşlar

Amerika Birləşmiş Ştatlarında zənci vətəndaş Corc Floydun keçən həftə Minnesota ştatındakı polisin zorakılığı nəticəsində həyatını itirməsindən sonra başlayan sərt reaksiyaların artması qarşısında paytaxt Vaşinqtonda və Nyu-Yorkda komendant saatı elan olunub. Müstəqil ekspertlərin hesabatında "nəfəs ala bilmədiyi" üçün öldüyü dəqiqləşən Floydun cənazə işləri isə cümə axşamı həyata keçiriləcək. 
Vaşinqton bələdiyyəsinin sədri Muriel Bovser komendant saatı ilə əlaqədar keçirilən mətbuat konfransında bir çox müəssisənin qarətləndiyini və bəzi yerlərin yandırıldığını qeyd edərək, "Etirazçıların Konstitusiyaya uyğun olaraq nümayişlər təşkil etmək hüququ var, ancaq bu işi edərkən şəhərimizi məhv etməməlidirlər" ifadəsini işlədib.
Komendant saatının əhatə dairəsi və təfərrüatları dərc olunan fərmanla müəyyən edilib. Buna görə, yerli vaxtla 19: 00-dan 06: 00-a qədər qüvvədə olacaq qadağa qərarı müəyyən sahələrdə işləyənlər ilə mətbuat mənsublarına şamil edilməyib.

Bu arada Çikaqoda Floydun polisin zorakılığı nəticəsində həyatını itirmsindən sonra başlayan etiraz aksiyalarında 2 nəfər ölüb.
Çikaqo şəhəri rəhbərliyinin sözçüsü Rey Hanania Cicero bölgəsindəki nümayişlərdə və zorakılıq hadisələrində 60 adamın isə həbs olunduğunu bildirib.
Digər tərəfdən, Nyu-York valisi Endryu Kuomo, şəhərin bələdiyyə başçısı Bill de Blasio ilə etirazlara nəzarət etmək üçün komendant saatı qərarı verdiklərini açıqlayıb. Kuomo komendant saatının (yerli vaxtla) iyunun 1-də saat 23:00-dan çərşənbə axşamı 05:00 arasında tətbiq olunacağını söyləyib, ancaq çərşənbə axşamı günü gecə davam edib-etməyəcəyimizə hələ qərar vermədilər.
Vali 4 min olan polis sayının 8 minə artırmağı qərara aldıqlarını bildirib.

Digər tərəfdən, Amerikanın "NBC" telekanalına açıqlama verən ABŞ-ın 4 rəsmisi prezident Trampın 1807-ci ildə qəbul edilən üsyan və ya ölkədaxili iğtişaşlarda Amerika torpaqlarına hərbi güc tətbiq etmə səlahiyyətini verən  "Üsyan Qanunu"ndan istifadə edə biləcəyini irəli sürüb. Ayrıca Amerika ordusunun qarşıdakı iki gün üçün elan edilən komendant saatından əvvəl Şimali Karolinadakı Fort Bragg kazarmalarından bir batalyon (200-250 nəfər) bir hərbi polis bölməsini Vaşinqton DC-yə göndərdiyi iddia edilib.
Digər tərəfdən, Ağ Evin bağçasında zorakılıq hərəkətlərinə çevrilən etirazlar barədə açıqlamalar verən Tramp ölkədəki hadisələrə müdaxilə etmək üçün minlərlə ağır texnikalı hərbi personal və təhlükəsizlik qüvvələrini vəzifəyə cəlb etdiyini bildirib.
Çıxışının əvvəlində ABŞ prezidenti olaraq vəzifəsinin ölkəni və xalqını qorumaq olduğunu vurğulayan Tramp "Ölkəmizin qanunlarını qorumaq üçün and içdim. Corc Floydun vəhşicəsinə öldürülməsindən əsəbiləşən Amerika xalqı üçün bu vədi yerinə yetirəcəyəm. Rəhbərliyim Floyd və ailəsi üçün ədalət vədini yerinə yetirəcəkdir. O, bir heç uğrunda ölməyib. Bütün bunlar dinc etiraz deyil, daxili terror aktları, günahsız insanların həyatını məhv etməkdir. Günahsız bir insanın qanının axıdılması bəşəriyyətə qarşı ayıbdır və tanrıya qarşı cinayətdir. Amerikanın məhv edilməyə deyil, təşkilatlanmağa, loğvalığa deyil əməliyyata, anarxiyaya deyil, təhlükəsizliyə, nifrətə deyil sağalmağa, xaosa deyil, ədaltə ehtiyac var" deyib.
Hadisələrə qarşı uğur qazanacaqlarını və bu mövzuda yeni addımlar atdıqlarını vurğulayan Tramp "Bütün mövcud federal, mülki və hərbi mənbələri talanları və qarətləri sona çatdırmaq üçün və qanuna riayət edən Amerika xalqının hüquqlarını qorumaq üçün səfərbər edirəm" ifadəsini işlədib.
Ağ Evdəki çıxışından sonra Tramp dünən axşam etiraz nümayişlərində yandırılmaya cəhd edilən Sankt-Johns Kilsəsinə əlində tutduğu İncil ilə gedib.
Trampın Sankt-Johns kilsəsinə getmək üçün istifadə edəcəyi yolda etirazçıların polisin zorakı müdaxiləsi ilə dağılması Amerika ictimaiyyətində reaksiyalara səbəb olub.
Qısa müddət kilsənin qarşısında dayanan və girməyən Tramp geniş təhlükəsizlik tədbirləri altında Ağ Evə qayıdıb.
Qeyd edək ki, Nyu-Yorkda havanın qaralması ilə etirazlar yerini qarət hadisilərinə buraxıb.  Bəzi mağazaların şüşələri sındırılıb və pəncərələrdəki əşyalar qarətlənib.Gecədən sonra Nyu-Yorkun Manhetten və Bruklin bölgələrində etirazçılarla polis arasında şiddətli qarşıdurmalar nəticəsində yüzlərlə nümayişçi həbs olunub. 
Gecə boyunca bir çox bölgədəki iş yerlərinə zərər verən aksiyaçılar bəzi polis maşınlarını da yandırıblar.
Digər tərəfdən, prezident Donald Tramp Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra bir həftədir davam edən nümayişlər və zorakılıq hadisələrilə əlaqədar ştatların valilərilə telekonfrans vasitəsilə görüş keçirib.
Amerika mətbuatının verdiyi məlumata görə, Tramp valiləri "zəif davranmaqda" günahlandırıb.
"Hadisələrdə dominant tərəf olmalısan, əgər olmasa, vaxtınızı israf edirsiniz" ifadəsini işlədib.
Valilərin nümayişçilərlə bağlı daha sərt addımlar atmalarının lazım olduğunu vurğulayan Tramp deyib: "Bunlar bir hərəkətdir. İndi baş verənləri dayandırmasanız, daha da pis yerlərə gedəcək".
Daha sonra mətbuat konfransı keçirən Ağ Evin sözçüsü Kayleigh MaykEnany nümayişlərin məqsədindən yayındığını və zorakılıq hərəkətlərə çevrildiyini söyləyib. 

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Digər tərəfdən, mart ayında Kentukki ştatının Louisville şəhərində polis işçiləri tərəfindən öldürülən zənci Breonna Taylor üçün ədalət istəyilə keçirilən etiraz aksiyaları zamanı məşhur bir ət restoranının sahibinin polisin açdığı atəş nəticəsində öldürülməsilə əlaqədar polislərin bədənlərindəki kamera görüntülərini qeyd etməyərək etdikləri səhlənkarlıq səbəbindən polis şöbəsinin müdiri vəzifədən çıxarılıb.



Әlaqәli Xәbәrlәr