ABŞ-da hәrbi bazaya hücum edilib, ölәnlәr var

Bu barәdә Şimali Dakotadakı Qrand Forks Hәrbi Hava Bazasından verilәn mәlumatda bildirilib.

1427849
ABŞ-da hәrbi bazaya hücum edilib, ölәnlәr var

 

Amerika Birlәşmiş Ştatlarının Şimali Dakota ştatındakı hәrbi düşәrgәyә tәşkil edilәn hücum nәticәsindә iki hәrbçi ölüb.

Bu barәdә Şimali Dakotadakı Qrand Forks Hәrbi Hava Bazasından verilәn mәlumatda bildirilib.

Mәlumatfa bu ifadәlәrә yer verilib: ‘‘Sәhәr saatlarında hәrbi bazaya edilәn silahlı hücum nәticәsindә iki hәrbçi hәlak olub’’.

Mәlumatda yerli vaxtla saat 04.30-da törәdilәn hücumdan sonra hәrbi bazada vәziyyәtin nәzarәt altına alındığı, digәr personalın tәhlükәsilziyinin tәmin edildiyi vә hücumla bağlı istintaqın davam etdirildiyi bildirilib.

İstintaq davam etdiyi üçün hәlak olan hәrbçilәrin adlarının 24 saat sonra açıqlanacağı vurğulanıb.Hücumun nә sәbәblә törәdildiyi vә hücumu törәdәnin saxlanılıb-saxlanılmadığı ilә bağlı mәlumat verilmәyib.



Әlaqәli Xәbәrlәr