Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünya miqyasında yeni növ karonavirusa yoluxma sayı 6 milyon 268 mini, sağalanların sayı isə 2 milyon 848 mini keçib.

1427056
Koronavirusla bağlı Şərqin vəziyyəti

Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 374 min 232-dən yuxarıdır. Yoluxma sayı 6 milyon 282 mini, sağalanların sayı isə 2 milyon 854 mini keçib.
İraq Kürd Regional İdarəsində Səhiyyə Nazirliyinin verdiyi açıqlamada yeni növ koronavirus epidemiyası səbəbiylə Süleymaniyyə və Ərbil əyalətlərində 2 nəfərin öldüyü bildirilib. Açıqlamada Süleymaniyədə 101 və Erbildə 3 olmaqla 104 test nəticəsinin müsbət olduğu bildirilib və bu, bölgədə bir gündə ən çox aşkar edilən yoluxmaların sayıdır. Bölgədə 11 mayda yeni yoluxma halları aşkar edilməməsi və xəstə sayının 14-dək enməsi nəticəsində normallaşma mərhələsi başlanmışdı.
Ermənistanda insan itkisinin sayı 8 artaraq 139-a, daha 120 nəfərin virusa yoluxması ilə yoluxanların sayı 9 min 402-yə çıxıb. Ermənistanın Baş naziri Nikol Paşinyan  özünün və ailəsinin bütün üzvlbütün ailərinin "Covid-19" testinin müsbət olduğunu açıqlayıb. Paşinyan ehtimal ki, bir işgüzar görüşdə "Covid-19" virusunun ona yoluxduğunu  və sonradan isə virusun ailə üzvlərinə yoluxduğunu bildirib. Paşinyan ölkədə zpandemiya vəziyyətinin yaxşı olmadığını və bu virusla yaşamağı öyrənməli olduqlarını söyləyib.
5 min 408 insanın öldüyü Hindistanda yoluxmaların sayı son 24 saatda 8 min 392 artaraq 190 min 791-ə yüksəlib.
Pakistanda insan itkisi 543 min, yoluxanların sayı 72 min 460 olub.

41 nəfərin öldüyü Qazaxıstanda "Covid-19" infeksiyasına yoluxanların sayı 450 artaraq 11 308-ə çıxıb. İndiyədək 5 404 nəfərin sağaldığı ölkədə, bölgələr arasında qurulmuş 400 nəzarət-keçid məntəqəsi qaldırılıb, sərnişin qatarı və avtobus xidmətləri başladı. İdman və mədəniyyət obyektlərinin fəaliyyətinə tamaşaçı olmadan icazə verilib. Uşaq bağçaları, elmi tədqiqat institutları və mərkəzləri fəaliyyələrinə başlayıb. Kino teatrlar da iyunun 15-də açılacaq.
Ukraynada virusdan ölənlərin sayı 10 nəfər artaraq 718-ə çıxıb. Səhiyyə naziri Maksim Stepanov son 24 saat ərzində 340 adamda virusun aşkarlanması ilə yoluxma hallarının sayının 24 min 12-ə yüksəldiyini, bunlardan 79-nun səhiyyə işçisi və 13-nün uşaq olduğunu bildirib. "Covid-19" epidemiyasına qarşı ölkədə görülən tədbirlərin yumşaldılması əsasında şəhərlərarası avtobus və qatar xidmətləri təşkil edilməyə başlanıb. Tamaşaçısız idman fəaliyyətinə icazə verilən ölkədə idman salonları və hovuzlar fəaliyyətə başlayıb. 66 sərhəd-keçid məntəqəsinin açıldığı Ukrayna, Moldova və Slovakiya ilə sərhədi açıb. Karantin müddətinin iyunun 22-dək uzadıldığı ölkədə restoran və kafe iyunun 10-dan, uçuşlar isə iyunun 15-dən başlayacaq.
Moldovada ölənlərin sayı 298-ə yüksəlib. İndiyə qədər 8 min 251 yoluxmanın qeydə alındığı ölkədə 38 mindən çox insan nəzarət altındır. Moldovada "Covid-19" virusuna qarşı tədbirlərin yumşaldılması çərçivəsində muzeylər və kitabxanalar fəaliyyətə başlayıb. Paytaxt Kişinyov və Beltsi şəhərlərində sosial məsafəni qorumaq və qoruyucu materiallardan istifadə şərtləri ilə bazar yerləri açılıb. Bu şəhərlərdə ictimai nəqliyyat istirahət günlərində 30 iyun tarixinə qədər işləməyəcək. İctimai xidmət yerləri açıldıqda, idman federasiyalarına bağlı idmançılar açıq havada məşqlərə başlayıblar. Ölkədə miqyasında kilsələr və ibadət yerləri 5 iyun tarixində ictimaiyyət üçün açıq olacaq. Ticarət mərkəzləri restoranlar və əyləncə məkanları bağlı olmaq şərtilə 8 iyun tarixində açılacaq.
47 nəfərin öldüyü Tacikistanda yoluxma sayı 123 artaraq 3 min 930, sağlalanların sayı isə 139 artaraq 2 min 4 olub. Prezident İmaməli Rəhman 2021-ci il sentyabrın 1-dək bütün vilayətlərdə, qəsəbələrdə və şəhərlərdə yoluxucu xəstəliklərin müalicə olunacağı xəstəxanalar tikmək qərarına gəlib. 
"Covid-19" səbəbiylə Qırğızıstanda 16 nəfər həyatını itirib. Yoluxma faktlarının sayı 69 artaraq 1 871-ə çıxıb.
Özbəkistanda "Covid-19" virusu səbəbindən ölənlərin sayı 1 nəfər artaraq 15-ə, virusa yoluxanların sayı 39 artaraq 3 662-ə yüksəlib.
12 nəfərin öldüyü Gürcüstanda daha 11 virus aşkarlanıb və yoluxma faktlarının sayı 797-yə, sağalan insanların sayı 624-ə çıxıb.



Әlaqәli Xәbәrlәr