Şәrq ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt
Dünya miqyasında virusa yoluxanların sayı 5 milyon 925 mini, sağalanların sayı isə 2 milyon 593 mini keçib.
Dünya miqyasında yeni növ karonavirus (Covid-19) səbəbi ilə həyatını itirənlərin sayı 362 613-dən yuxarıdır. Yoluxma sayı 5 milyon 931 mini, sağalanların sayı isə 2 milyon 595 mini keçib.
"Covid-19" epidemiyasının baş qaldırdığı Çində son 24 saatda yeni yoluxma və ölüm hadisəsi qeydə alınmayıb, ölkədə indiyədək ölkədə 4 min 634 insan itkisi olub, 82 min 995 yoluxma olub.
58 yeni yoluxmanın aşkarlandığı Cənubi Koreyada Covid-19" səbəbiylə 269 adam ölüb, 11 min 344 adama isə virus yoluxub.
441 insan itkisinin olduğu Səudiyyə Ərəbistanı epidemiya səbəbiylə ümrə və Məscidül-Hərama ziyarət qadağasının pandemiyaya görə davam edəcəyini açıqlayıb. Səudiyyə rəhbərliyi 31 may bazar günündən etibarən Məkkədə "iki mərhələli normallaşdırma planı" nın həyata keçiriləcəyini və 3 həftə davam edəcəyi bildirilən birinci mərhələdə Məkkəyə giriş və çıxışa icazə veriləcəyini və yerli vaxtla saat 06: 00-dan 15: 00-dək küçələrə çıxılmasının sərbəst olacağını açıqlamışdı. Ölkədə virusa yoluxanların sayı 80 min 185-dir.
İnfeksiyadan insan itkisi Misirdə 845, Yəməndə 57, Liviyada 5 nəfərə çıxıb.
15 ölüm faktının qeydə alındığı Bəhreyndə yoluxmaların sayı 75 artaraq 10 min 52'-yə yüksəlib.
Bir sıra digər ölkələrdə insan itkisi belədir:
İran 7 min 677, Hindistan 4 min 711, Çin 4 min 634, Rusiya 4 min 374, İndoneziya 1 496, Pakistan 1 317, Ukrayna 669, Cənubi Afrika 577, Banqladeş 559, Birləşmiş Ərəb Əmirlikləri 258, Belarus 219, Küveyt 185, Qətər 33 və Sinqapur 23".
Әlaqәli Xәbәrlәr
Gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirdi
Bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi - KCNA məlumat yayıb